Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı “Qumarxanalar kralı” girovluqdan qaçdı
Azərbaycanlı “Qumarxanalar kralı” girovluqdan qaçdı
29 Yanvar 2016 / 0:31 / Baxış sayı: 354
Font1 Font2 Font3 Font4

Onu qaçıran şəxslər saxlanılıb. Rusiyanın Tolyatti şəhərində ötən ilin dekabr ayında oğurlanan azərbaycanlı biznesmen Kamal Quliyevin azad olunmasının bəzi təfərrüatları məlum olub. Oxu.Az xəbər Rusiya KİV-ə istinadən xəbər verir ki, onu qaçıran şəxslər saxlanılıb.

Xatırladaq ki, azərbaycanlı iş adamı ötən ilin dekabrın 18-də Tolyattidə “Olimp” idman kompleksinin dayanacağından oğurlanmışdır. Onun azad olunması üçün qohumlarından 10 milyon avro tələb olunurdu. Bir neçə il əvvəl Quliyevin başına oxşar hadisə gəlmişdi – onun azad olunması üçün böyük məbləğdə pul verilmişdi.

2007-ci ildə Samara məhkəməsi Quliyevi oğurlamış şəxslər barəsində hökm çıxarmışdı. Maraqlısı budur ki, 6 nəfərdən ibarət dəstəyə 2 azərbaycanlı istiqamət göstərirmiş. Hər ikisinin soyadı Məmmədov olan bu şəxslər qurbanlarını seçir, sonra isə onlar barəsində məlumatı dəstə üzvlərinə ötürürmüşlər. Bu dəfə isə Quliyev 7 yaşlı oğlunu “Olimp” idman kompleksindən götürməyə gələrkən oğurlanmışdır. Daha sonra onun “Olimp”in dayanacağında saxlanılmış ВМW Х6 markalı avtomobilinin yanından qol saatı, üst paltarının qırılmış düymələrini aşkarlanmışdır.

Məlumata görə, Kamal Quliyev özü onu girov saxlayan şəxslərdən qaçıb və polis orqanlarına müraciət edib. Biznemseni girovluqda saxlayan şəxslər elə əslən Azərbaycandan olan M.Qurbanov və Məmmədov soyadlı ata-oğuldur. Həmin şəxslər Saratov vilayətində saxlanılıblar.

Qeyd edək ki, Kamal Quliyev hal-hazırda pərakəndə satış ilə məşğul olan şirkətin direktorudur, həmçinin onun kafe və daha bir neçə şirkətinin olması bildirilir. Azərbaycanlı biznesmen keçmişdə “Kokos” oyun salonları şəbəkəsinin sahibi olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə