Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

NATO-dan qorxulu açıqlama: Gəmilərə hücum edəcəklər
NATO-dan qorxulu açıqlama: Gəmilərə hücum edəcəklər
29 Yanvar 2016 / 14:06 / Baxış sayı: 300
Font1 Font2 Font3 Font4

İŞİD terrorçularının növbəti hədəfi açıqlandı. İŞİD terrorçuları Aralıq dənizindəki gəmilərə hücum edəcək bir güc yaratmağı planlaşdırır. Bunu NATO rəsmisi deyib. Vitse-admiral Kliv Conston “Daily Telegraph” qəzetinə açıqlamasında İŞİD-in Liviya sahillərinə kimi gəldiyini açıqlayıb. 

O, terrorçuların bu ərazilərə qədər genişlənməsini dəniz ticarəti sahəsində narahatedici bir kölgə kimi dəyərləndirib.

Aralıq dənizində hərbi gəmi

NATO-nun Müttəfiq Dəniz Qərargahı rəsmisi bölgədəki terrorçu qrupların əlində təkmilləşmiş Rusiya və Çin istehsalı silahların olduğunu, onların Aralıq dənizindəki sərnişin və yük gəmilərinə basqın riskinin yüksək olduğunu deyib.

“İŞİD-in dənizə çıxmaq arzusunun olduğunu bilirik. Eyni ilə “Əl Qaidə” kimi dəniz qoluna da sahib olmaq istəyir”.

Livandakı daxili münaqişələrdən sonra İŞİD-in burada ərazi ələ keçirməsi Avropanı da narahat edir. Britaniya Hərbi Dəniz Qüvvələri də terrorçuların bu niyyətinin olduğundan xəbərdardır. Qurum nümayəndəliyi deyir ki, İŞİD hərbi-dəniz silahlarına sahib olmaq istəyir. Adıçəkilən qəzetin yazdığına görə, İngiltərə də daxil olmaqla bir neçə ölkə yerli hərbçilərə təlim keçmək üçün bu ölkəyə minlərlə əsgər göndərməyi planlaşdırır.

Hərbçilər düşünür ki, dənizdə terror “Liviya sahillərindəki uğurlu hərbi əməliyyatlara” qisas ola bilər.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə