Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA
Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA
29 Yanvar 2016 / 14:08 / Baxış sayı: 364
Font1 Font2 Font3 Font4

Bərdə rayon icra başçısının büdcə təşkilatlarının müdirlərindən rüşvət yığması ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, büdcə təşkilatlarının müdirləri aylıq qazanclarının təxminən yarısını Vidadi İsayevlə bölüşürlər.

Bərdədən azfakt.com-un poçtuna ünvanlanan anonim məktubda yazılan iddialara görə, Vidadi İsayev özünə kiçik bir yaddaş kitabçası açıb və orada məmurların həyata keçirdiyi maxinasiyalar son qəpiyinə kimi qeyd olunub. İcra başçısı idarə müdirlərinin ayda nə qədər qazanc əldə etdiklərini hər kəsdən yaxşı bilir onların əməllərinə göz yummaqla qazanclarına şərik olur.

O da iddia edilir ki, artıq 3 ildən çoxdur Bərdədəki dövlət idarələrinin müdirləri icra başşçısı Vidadi İsayevə konkret olaraq siyahı ilə aylıq verirlər. Belə ki, 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov ayda 3 min manat, Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlyas Hacıyev ayda 5 min manat, Təhsil Şöbəsinin müdiri Rzaquli Şərifov ayda 5 min manat, Mərkəzi Xəstəxananın baş həkimi İftixar Zeynalov ayda 5 min manat, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Natiq Əhmədov, Qarabağ Meşə Meliorasiya İdarəsinin müdiri Rəşid Rzayev, Subartezan Quyularının İstismar İdarəsinin müdiri Firudun Baxşalıyev, Meliorasiya İdarəsinin müdiri Sərdar Əhmədov ümumilikdə 20 min manat hesab verirlər.
Məlumatda o da qeyd edilir ki, su idarələrinin hesabını Suvarma Sistemləri İdrəsinin müdiri Natiq Əhmədov yığaraq Vidadi İsayevə çatdırır: “Vidadi İsayev ayda yığdığı külli miqdarda vəsaiti rayonun abadlaşdırılmasına deyil, özünün Yevlax və Bakı şəhərində yaratdığı özəl bizneslərə, imarətlərə xərcləyir. Onun qazanc mənbələrindən biri də Bərdə şəhər icra nümayəndəsi Əli Fərzəliyevdir. Başçı bərdə şəhərində həyata keçirilən abadlıq, tikinti, təmir işlərindəki maliyyə maxinasiyalarını Əli Fərzəliyevin vasitəsi ilə həyata keçirir”.
Qeyd edilən iddialarla bağlı Bərdə Rayon İcra Hakimiyyətinə (+994 020) 205-20-12 saylı telefona) etdiyimiz zənglər cavabsız qaldı. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Rayondan daxil olan digər məlumatda qeyd edilir ki, Vidadi İsayevin əsas pul kisələrindən biri olan, Bərdə Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyevdir. Belə ki, şöbə müdiri  Yevlax rayonunda icra başçının tikdirdiyi i2 (iki) tikintisinə şəxəsn özü nəzarət edib. Hal hazırda həmin evlərdə Bərdə icra başçısı Vidadi İsayevin deyil tamam başqa bir şəxslərin yaşadığı bildirilir. Yevlax rayonunda icra başçısının tikdirdiyi evlərdə kimlərin yaşadığını isə yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə