Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Fitch”: Neftin qiyməti 60 dollara qədər qalxacaq
“Fitch”: Neftin qiyməti 60 dollara qədər qalxacaq
29 Yanvar 2016 / 14:19 / Baxış sayı: 454
Font1 Font2 Font3 Font4

Dünya bazarında neftin qiyməti 2018-ci ildə 60 dollar/barelə kimi yüksələcək. Bu proqnozu “Fitch” beynəlxalq reytinq agentliyi verib. Agentliyin mütəxəssisləri hesab edirlər ki, buna qədər isə iki il ərzində neft bazarında qiymət azalması müşahidə olunacaq. 

“Fitch” karbohidrogenlərin qiyməti ilə bağlı iki ssenari hazırlayıb. Optimist ssenariya görə, 2016-cı ildə bazardakı orta qiymət 45 dollar/barel ətrafında dəyişəcək, 2017-ci ildə neftin qiyməti 55 dollara/barelədək, 2018-ci ildə isə 60 dollar/barelədək artacaq.

“Hazırda dünya bazarında neftin qiyməti 30 dollar/barel ətrafındadır ki, neft layihələrinin maya dəyəri baxımından bu, qəbuledilməz göstəricidir. Neftin qiymətinin aşağı olması hasilatı azaldacaq ki, bu da “qara qızıl”ın dəyərini artıracaq”, – deyə “Fitch”in proqnozunda qeyd olunub. Agentliyin mütəxəssisləri hesab edirlər ki, neft öz mövqeyini bu ildən möhkəmləndirməyə başlayacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə