Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lənkəran polisi sələmçiləri necə müdafiə etdi? – Rüfət İbayev-Bəyəmir Cahangirov labirinti
Lənkəran polisi sələmçiləri necə müdafiə etdi? – Rüfət İbayev-Bəyəmir Cahangirov labirinti
29 Yanvar 2016 / 14:37 / Baxış sayı: 412
Font1 Font2 Font3 Font4

Lənkəran Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polis mayoru Rüfət İbayev və polis müstəntiqi Bəyəmir Cahangirovla bağlı Arqument.Az-a şikayət məktubu daxil olub. 

Rayon sakini, müəllim Məqsud Ağayevin göndərdiyi müracətdə bildirilir ki, 5 il öncə oğlu İqbal Ağayev Yuxarı Nüvədi kənd sakini, orta məktəb müəllimi, rayonda “Sələmçi İsmayıl” kimi tanınan İsmayıl Mahmudovdan pul alıb və söz verdiyi müddətdə də pulu qaytarıb. Son olaraq, pulu İsmayıl Mahmudova İqbal Ağayevin valideynləri qaytarıb və Ağayevin Mahmudova borcu qalmayıb.

Amma İsmayıl Mahmudov polisə şikayət edib. Polis İsmayıl Mahmudova sələmə pul verdiyinin qanunsuz olduğunu deyib. Hər iki tərəfdən izahat alındıqdan və araşdırmalardan sonra İqbal Ağayevin İsmayıl Mahmudova borclu olmadığı üzə çıxıb. Hətta polis Mahmudova bildirib ki, müəllimin sələmə pul verməsi qanunsuz sahibkarlıqdır və bununla bağlı hüquqi ölçü götürüləcək. Amma istintaqın rəisi İbayev sələmçini müdafiə edərək həmin pulunun borca verildiyini qeyd edib.

Məqsud Ağayev bildirir ki, sələmçilərin kriminal aləmlə də ciddi əlaqələri olub. Belə ki, oğlu səhhəti ilə bağlı Rusiyaya getdiyi zaman orada İsmayıl Mahmudovun və “əlaltı”larının sifarişi ilə dəfələrlə təzyiq və təhdidlərə məruz qalıb. Hətta ölüm təhdidi alıb.

Ölkəyə qayıtdıqdan sonra isə ona dələduzluq maddəsi ilə cinayət işinin açıldığını eşidib. Ağayev polis şöbəsinə gedib məsələni öyrənmək istəyir, lakin gözləmədiyi ittihamla qarşılaşır. Rüfət İbayev və Bəyəmir Cahangirov cütlüyü İqbal Ağayevə İsmayıl Mahmudova 37 min manat borclu olduğunu deyirlər. İqbal Ağayev isə ona borclu olmadığını, sələmə götürdüyü pulu qaytardığını bildirir. Amma İbayev onu həbs etdirir. Bir neçə gündən sonra isə zaminə buraxılır.

Polis mayoru Ağayevin valideynlərindən şikayətçiləri razı salmaq üçün 20 min manat pul tələb edir. Onlar isə borclu olmadığını deyirlər. Bundan sonra Ağayevin üzünə tanımadığı daha bir neçə nəfər saxlanılır. Həmin adamlar isə İsmayıl Mahmudovdan sələmə pul götürüb asılı düşən şəxslərdir. Mahmudov onlara təzyiq edərək Ağayevin üzünə durmağa, ona borca pul verdiklərini deməyə və şikayətçi olmağa sövq edib.

Ağayev deyir ki, qondarma cinayət işi bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin istintaq materialları isə birtərəfli işlənilib. Belə ki, Ağayevin şahidlərinin və validenlərinin ifadələri istintaq materiallarına daxil edilməyib. Özünün verdiyi bəzi ifadələr isə təhrif edilib.

Məqsud Ağayev ümid edir ki, məhkəmə ədalətli qərar verəcək. Amma onun üçün maraqlı polis mayorunun və müstəntiqinin kriminal aləmlə əlaqəsi olan sələmçiləri müdafiə etməsidir. Təbii, səbəb bəllidir. İsmayıl Mahmudov “Rüfət İbayev-Bəyəmir Cahangirov cütlüyünü” “razı” salaraq, vətəndaşı bu qorxunc labirintə salıblar.

Onun sözlərinə görə, İbayev heç kəsdən çəkinmədiyini, yuxarı dairələrdə vəzifəli qohumlarının olduğunu deyir. Maraqlıdır, kimdir bu İbayev və onu müdafiə edən yuxarı dairələr? Bununla bağlı araşdırmalarımız davam edir…

Məqsud Ağayev baş verənlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və daxili işlər naziri Ramil Üsubova müraciət ünvanlayıb. Vətəndaş ölkə başçısının və nazirin bu işi araşdırıb obyektiv qərar verilməsinə yardımçı olacaqlarını deyir.

Yaxın günlərdə həmin müraciətin tam mətnini də dərc edəcəyik: vətəndaşın Rüfət İbayev-Bəyəmir Cahangirov labirintinə necə düşdüyü və hansı təzyiqlərlə üzləşməsi tam təfsilatı ilə həmin müraciətdə əksini tapıb. Mövzu ilə bağlı Arqument.Az-ın əməkdaşı Rüfət İbayev və Bəyəmir Cahangirovla da əlaqə saxlayıb. Amma adıçəkilən şəxslərin heç biri bu mövzuda açıqlama vermək istəməyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə