Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hafiz Hacıyevdən Rafael Cəbrayılova qarşı ağır sözlər:”Vicdanı yoxdur”
Hafiz Hacıyevdən Rafael Cəbrayılova qarşı ağır sözlər:”Vicdanı yoxdur”
29 Yanvar 2016 / 19:25 / Baxış sayı: 942
Font1 Font2 Font3 Font4

Prezident İlham Əliyev sahibkarlığın inkişafına qayğı göstərərək, onu hər cür təhlükələrdən qoruyacağına söz verib və reallıqda bu istiqamətdə ciddi addımlar da atır. Lakin bəzi məmurlar yenə də ölkənin biznes mühitinə zərbə vurmaqda davam edirlər. Yenicag.az  Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən müsahibə götürərək, bu barədə məsələlərə toxunub.

– Prezident İlham Əliyev  ölkədə sahibkarların incidildiyini, onların fəaliyyətinə əngəllər yaradıldığını dəfələrlə vurğulayaraq, belə hallara qarşı  mübarizə apardığını dəfələrlə bildirib. Amma bir sıra məmurlar öz maraqlarından çıxış edərək, yenə də sahibkarlara əngəl törətməkdə, onlara ziyan vurmaqda davam edirlər. Məmurların bu özbaşınalığını necə aradan qaldırmaq olar?

 

– Məmurların sahibkarlara zülm etmələri barədə geniş açıqlamalar vermişəm. Bu fonda da düşünürdüm ki, həmin açıqlamalarımdan sonra artıq danışmağa da dəyməz. Amma nə etmək olar, taleyimiz elə gətirib ki, millətimiz yolunda hər an ölümə getməyə hazırıq. Amma gərək millət də bilsin ki, onlara görə böyük zülm çəkir, təhlükələrlə qarşılaşırıq. Lazım olanda millət də çağırışımıza cavab versin. Nə qədər ki, hökumətdə xalqını sevməyən bu kimi insanlar var, Azərbayanda nə sahibkarın, nə də sadə vətəndaşının işi getməyəcək. Bir sıra məmurlar var ki, oğrudurlar. Onlar sahibkarlardan qanunsuz yolla pul almayanda dözə bilmirlər. Mənimlə əlaqə saxlayan sahibkarlar deyir ki, prezident göstəriş verdi, amma məmurlar yenə də köhnə qayda ilə onları incitməkdə davam edir, haqq qoyurlar. Görünür ki, indiki hökumət üzvlərinin əllərini kəssəndə, dilləri, gözlərilə qaş-göz edib, rüşvət almaqda davam edəcəklər. Maliyyə naziri deyir Azərbaycan xaricdən 4 milyard dollar almayacaq. Amma Beynəlxalq Valyuta Fondu nümayəndəsi ANS-ə açıqlamasında bildirib ki, Azərbaycana 4 milyard dollarlıq borc verilməsi üçün danışıqlar aparılır. Buna ehtiyac yoxdur. Ölkədəki bütün resursları inkişaf etdirmək, dəniz məhsullarını üzə çıxarmaqla  həmin 4 milyard dolları əldə edə bilərik. Milləti borca salmağa ehtiyac yoxdur.  Sahibkara şərait yaradılmalıdır ki, o məhsul istehsal edib, xaricə satsın. Amma buna da imkan vermirlər. Yenə də əvvəlki kimi haqq qoyur, pul tələb edirlər. Prezident onların əllərini də kəssə, amma xeyri yoxdur, həmin məmurlar yenə də hansı yol olsa da belə sahibkarı sıxışdırmaqda davam edəcək. Ona görə də hazırda bu sahədə irəliləyişin olduğundan danışmaq hələlik yersizdir. Nə qədər ki, “Qocalar evi” tam tərkibdə istefaya getməyib, yeni iqtisadi islahatlar aparılmayıb, prezident baş nazir səlahiyyətini üzərinə götürüb, ətrafında çevik qurum yaratmayıb, Azərbaycanda yalandan, söz yığnağından irəli gedə bilməyəcəyik. Bu çıxışlarıma görə mənə təzyiqlər də artır. Axı qardaşım İlham Əliyevə ürəyim yanır. Məmurlar da hamısı ona xəyanət edir, çalışırlar ki, prezidentin dediklərinə əməl etməsin, xalq da görsün ki, dövlət başçısı desə də heç bir tədbir görülmür. Bu baxımdan narahatam. Prezident özü də müşavirədə bildirdi ki, verdiyi tapşırıqlar yerinə yetirilmir. Nə qədər ki, “Qocalar evi”ndə yığışan qoca nazirlər var, işləri rüşvət toplamaqdan, millətin malını talan etməkdən başqa  heç nəyə yaramayan bu insanlar ölkəmizi düşdüyü böhran vəziyyətindən çıxara bilməyəcək. Prezident millətini sevən bir insandır, amma ətrafındakıların hamısı, bəlkə də Şaumyanın nəvələridir. Milləti bu günə salan məmurlar cavab verməlidir. Amma məmurlar istefa vermir, milləti də incitməkdə davam edirlər.

 

– Ayrı-ayrı məmurların, Eldar Mahmudov, Akif Covdarovun sahibkarları müflis etdikləri ilə bağlı mətbuatda məlumatlar gedir. A. Covdarov artıq həbsdədir. Amma yenə də bəzi məmurlar sahibkarları incitməyi tərgitməyiblər. Bu barədə yəqin ki, sizə də şikayətlər gəlir. Bu barədə nə deyə bilərdiniz?

-E. Mahmudovla, A. Covdarov ölkəni talan etdilər, dövlətin 90 milyard dollara qədər pulu talandı. Sahibkarlar sözümü deyə bilən adam kimi mənə də məmurların özbaşınalığı barədə müraciət edirlər. Cənab prezident məmurlara müraciət edərək dedi ki, elə etməsinlər onlar da o birilərinin aqibətini yaşasınlar. Bundan artıq prezident nə deməlidir. Məmurların isə yenə də sözlərilə işləri düz gəlmir.  Prezident tapşırıq verir, amma məmurlar onu yerinə yetirmir. E. Mahmudovla məsələ bitmədi ki. İqtisadi sektorda o qədər canavarlar var. Siz 10 min manat belə kredit ala bilməzsiniz. Bir dostuma sahibkarlığı inkişaf etdirmək üçün Sahibkarlığa Dəstək Milli Fondu kredit ayırdı. Amma banklar həmin pulu ödəmədilər, çünki şərt qoymuşdular ki, yarısını onlarla bölüşməlidir. Bu kimi məmurların şüuru yoxdur. Bir E. Mahmudovla məsələ bitmir. Məsələ tamamilə kökündən həll olunmalıdır. Köklü həll olunmasa, heç bir uğurlu məsələdən danışa bilməyəcək, vəziyyət günü-gündən pisləşəcək. Sonda da ac millət ayağa qalxacaq. Məmurlar da qəsdən çalışır ki, ölkədə xaos yaransın, oğurladıqları pullar da özlərinə, başı qırxıq, xaricdə eyş-işrətlə yaşayan övladlarına qalsın və Azərbaycanda prezidenti təkləsinlər.  Amma imkan verməyəcəyəm ki, qardaşım təklənsin. Hələlik dözürük, amma möhkəm də təşkilatlanırıq. Lazım olan anda onlara elə bir dərs verəcəyik ki, özləri də hara qaçıb gizlənmək lazım olduğunu bilməyəcək. Prezidentin qərarlarını sabotay etməyə çalışsalar da bunu görməyəcəklər. Çünki, prezidentin mənim kimi qorxmaz, cəngavər qardaşı var. Hər halda belə məmurlara qan udduracağam. Neçənci dəfədir ki, xəbərdarlıq edirəm, amma görürəm yenə də öz bildiklərini edirlər. Belədə deyəsən əməli işə keçməli olacağıq.

 

– Mətbuatda sənədlər dərc olunub. Rəsmi sənədlərlə göstərilir ki, Eldar Mahmudovun dəstəsində olan deputatlar, konkret Rəfael Cəbrayılov onunla və Çingiz Əsədullayevlə birgə tikinti biznesilə məşğuldur. Mətbuatın yazdığına görə, Rəfael Cəbrayılov Məlahət Qurbanova adlı bir sahibkar xanımı aldadaraq ondan 300 min manat alıb, belədə onu iflas həddinə çatdırıb. Millət vəkilini belə bir çirkin əməllərə bulaşmaq yaraşarmı, belə bir şəxsin Milli Məclisdə oturması nə qədər doğrudur?

– Rəfael Cəbrayılovun gərək vicdanı olsun. Qadını aldatmaq olmaz. İnsan vəzifəsindən sui-istifadə etməz.  Vəzifəsindən sui-istifadə edən belə insanlar üçün Cinayət Məcəlləsində cəzanı nəzərdə tutan maddələr var. Ona qarşı bu maddələr tətbiq olunmalıdır. R. Cəbrayılov kimiləri vəzifəsindən sui-istifadə edərək milləti aldadıblar. Nəinki deputatlar, nazirlər, komitə sədrləri milləti genefonduna qədər məhv ediblər. R. Cəbrayılovu  deputat olaraq tanımıram. Bizlər dövlətin müstəqilliyini qoruyanda R. Cəbrayılovlar haralara işləyirdilər? Qadını aldatdığına görə onun vicdanı yoxdur. Görünür, arxasında duranlar da var. Ölkədə kadr və hüquqi sahədə ciddi islahatlar getməlidir. Müstəqil məhkəmə olmalıdır ki, hər şey qanun çərçivəsində öz həllini tapsın. Amma indilikdə bunun əksini görürük. Bu kimi deputatlarda arxayınlıq yaranıb, düşünürlər ki, onlara heç nə edə bilməzlər. Amma yanılırlar, zaman gələr onlardan bütün bunlar tələb olunacaq. Hər halda hər şeyin bir axırı var.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə