Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sumqayıtda üstündən avtobus keçən qız sağ qalıb
Sumqayıtda üstündən avtobus keçən qız sağ qalıb
30 Yanvar 2016 / 13:36 / Baxış sayı: 260
Font1 Font2 Font3 Font4

Dünən Sumqayıtın Babək prospektində – “Hiper” marketin yaxınlığında avtobusun vuraraq üstündən keçdiyi qız möcüzə nəticəsndə sağ qalıb.

Xeberle.com məlumat verir ki, 2011-ci il təvəllüdlü Babayeva Səbilə Elşən qızı aldığı kəllə-beyin travması ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlərin təcili tibbi müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Xəstə hazırda da həmin tibb müəssisəsində müalicə alır. Həkimlərin bildirdiyinə görə qızın vəziyyəti normaldır.

Sayt onu da qeyd edir ki, hadisənin baş verdiyi küçə həqiqətən də çox təhlükəlidir və orada pyada keçidinə (zebraya) və bir müddət post patrul xidməti əməkdaşlarının ciddi nəzarətinə ehtiyac var.

*   *   *10:18

Sumqayıt şəhərində dəhşətli yol qəzası baş verib.

Babək prospektində, “Hipper” marketin qarşısında sərnişin avtobusu yolu qaçaraq keçməyə çalışan qızı vuraraq üstündən keçib.

Oxucuların göndərdiyi videodan da məlum olur ki, qız anası ilə yolu keçməyə çalışır. Lakin o, anasından ayrılaraq qəflətən yolu qaçaraq keçmək istəyir. Yolu keçərkən qız ancaq sola baxır. Bu zaman sağdan gələn avtobus onu vuraraq üstündən keçir. Piyada aldığı ağır xəsarətlərdən yerindəcə keçinib. Qızın ölüm anı və ananın fəryadı videoda əks olunub.

Faktla bağlı araşdırma aparılır.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə