Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tapılan neftçinin nəşi Azərbaycana gətirilib
Tapılan neftçinin nəşi Azərbaycana gətirilib
31 Yanvar 2016 / 12:10 / Baxış sayı: 268
Font1 Font2 Font3 Font4

Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin Günəşli yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinə məxsus olduğu ehtimal edildiyindən meyitin tanınması və respublikaya gətirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.

FHN-nin məlumatına əsasən arxiv.bizimxeber.az xəbər verir ki, müəyyən edildiyinə görə, bu, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir.

Cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi gecə saatlarında geri qayıdıb. Neftçi Sahib Güloğlan oğlu Şahmarovun nəşi Vətənə gətirilib və aidiyyəti üzrə təhvil verilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə