Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neftçidən DNT analizi götürüldü: “Cəsəd tanınmaz halda idi”
Neftçidən DNT analizi götürüldü: “Cəsəd tanınmaz halda idi”
31 Yanvar 2016 / 16:39 / Baxış sayı: 358
Font1 Font2 Font3 Font4

“Yanvar ayının 29-da Xəzər dənizinin Türkmənistan sektorunda tapılan və ölkəmizə gətirilən cəsədin Sahib Güloğlan oğlu Şahmarova məxsus olması hələlik öz təsdiqini tapmayıb”. Bu barədə anspress-ə neftçi Sahib Şahmarovun qardaşı Seymur Şahmarov məlumat verib.

Onun sözlərinə görə, meyit ölkəmizə gətirildikdən sonra şəxsiyyətini dəqiqləşdirmək üçün Sahibin ailəsi morqa çağırılıb:

“Morqda gördüyümüz cəsəd tanınmaz halda idi. Demək olar ki, yarısı yox idi. Həm də qardaşıma oxşamırdı. Ona görə tanımaqda çətinlik çəkdik. Bundan sonra məhkəmə tibbi ekspertiza təyin edildi və cəsəddən DNT analizi götürüldü. Sabah isə mərhumun oğlundan bənzər analiz götürüləcək. Əgər analizlərin nəticəsi üst-üstə düşsə meyitin Sahibə məxusluğu təsdiqlənəcək və onu morqdan götürüb dəfn edəcəyik”.
Yanğınla əlaqədar yaradılan qərargahdan da Seymur Şahmarovun dediklərini təsdiq etdilər və bildirdilər ki, tibbi ekspertizanın cavabı yaxın iki həftə ərzində hazır olacaq və ondan sonra meyitin şəxsiyyəti dəqiq bilinəcək. Xatırladaq ki, yanvarın 29-da Xəzərin Türkmənistan sektorundan kişi meyiti aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, bu, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir. Onun Qarabağ müharibəsinin iştirakçısı olduğu bildirilir.
43 yaşlı Sahib Şahmarov Laçın, Füzuli, Şuşa və Ağdamda döyüşlərdə iştirak edib. Qarabağ döyüşlərində Sahib güllə yarası alıb. Sağaldıqdan sonra Şahmarov yenidən cəbhəyə yollanıb və bir neçə dəfə mükafatlandırılıb.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə