Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Sərham Market»də işçilər qul əməyinə məcbur edilir-RƏZALƏT
“Sərham Market»də işçilər qul əməyinə məcbur edilir-RƏZALƏT
01 Fevral 2016 / 9:57 / Baxış sayı: 540
Font1 Font2 Font3 Font4

Ticarət Mərkəzində müxtəlif bəhanə ilə işçilərin maaşları kəsilir, satıcılar üçün gündəlik kibrit planı da varmış

Manatın son devalivasiyasından sonra bir sıra market sahibləri özbaşınalığa başlayıblar. JAM.AZ xəbər verir ki, Bakıda fəaliyyət göstərən və bir neçə şöbəsi olan «Sərham Market» şəbəkəsi də bu qəbildən olanlardandır.

Qeyd edək ki, Bakıxanov Çörək Zavodunun direktoru Rasim Nəbiyevə məxsus olan marketlər zincirində bir sıra qanunsuzluqlar baş verir. Dövlət başçısının son təlimatına əsasən sahibkarlardan işçiləri işdən çıxarmamaları tələb olunub. Lakin Nəbiyev üçün prezidentin göstərişi o qədər əhəmiyyət daşımır. Belə ki, son devalivasiyadan sonra «Sərham Market»də çalışan işçilərin 20 faizdən çoxu ixtisara salınıb.

Amma qanunsuzluqlar bununla da bitmir. JAM.AZ-ın araşdırmaları nəticəsində məlum olub ki, «Sərham»da çalışan işçilər sözün həqiqi mənasında qul əməyinə cəlb olunublar. Marketin sahibi işdən çıxarılanların yerinə digərlərini işləməyə məcbur edir. Bundan başqa, onların əmək haqları da 300 manatdan 200 manata endirilib və bunu gəlirlərinin azalması ilə izah ediblər.

Bu marketdə ən ciddi qanun pozuntularından biri də işçilərə tətbiq olunan «cərimə»lərdir. Məsələn, əgər satıcı müştəri tərəfindən yaddan çıxıb qalmış malı sahibinə çatdırmırsa, bunun üçün 10 manat cərimə olunur. Eyni zamanda, işçilər əgər alınmış malın kodunu düzgün vurmurlarsa, bunun üçün də əlavə cərimə olunurlar. İşə gecikdiyinə görə, 10 manat, bir gün işə gəlmədiyinə görə maaşlarından 30 manat tutulan işçilərin durumunun hansı həddə ağır olduğunu təsəvvür etmək elə də çətin deyil.

JAM.AZ bildirir ki, «Sərham» Marketdə iş saatı da 8 saatdan çoxdur. İşçilər hər gün səhər saat 8-də işdə olmalı, ən yaxşı halda isə 11-də işdən çıxmalıdırlar. Bu qrafikə əməl etməyənlər isə cərimə olunur və ya işdən çıxarılırlar.

«Sərham» Marketdə ən eybəcər vəziyyətlərdən biri də satıcılara kiçik məbləğli qalıq pulun geri qaytarılmaması ilə bağlı verilmiş təlimatdır. Belə ki, əgər alıcı aldığı malların pulunu ödədikdən sonra 3-5 qəpik qalıq qalırsa, satıcılar həmin məbləğin yerinə onlara kibrit təklif edirlər. Bütün hallarda qalıq qaytarılmamalı və əvəzində kibrit verilməlidir. Səbəb isə çox əcaibdir. JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, market sahibi satıcılara gündəlik kibrit planı qoyub. Və bu orta hesabla gün ərzində 5 manatlıq kibrit satışından ibarətdir. Azərbaycanın heç bir marketində rast gəlinməyən belə vəziyyətin «ideyavericisi» isə Rasim Nəbiyevdir.

Ancaq bu da son deyil. JAM.AZ müəyyən edib ki, «Sərham Market»də geyim əşyalarının satılmamış hissələri işçilərə zorla verilir. Və şişirdilmiş məbləğə satılan malların pulu isə onların əmək haqlarından tutulur. Yəni, malı sata bilməyən market sahibi onların pullarını işçilərindən zorla alır. Bu da Azərbaycan təcrübəsində ilk haldır.

Maraqlıdır ki, Rasim Nəbiyevin yaratdığı gestapo rejimindən indiyə qədər dəfələrlə rəsmi qurumlara müraciət edilib. Əmək Müfəttişliyinin məsələdən xəbəri olduğu halda, işçiləri qul əməyinə məcbur edən marketlə bağlı hər hansı bir tədbir görülməyib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun baş verənlərə bu qədər biganə qalmasının səbəbi isə məlum deyil. Elə bu səbəbdəndir ki, nazirlik və onun qurumları ilə bağlı yanlış təsəvvürlər yaranır. Ki, bunun da qarşısını almaq artıq nazir və onun yaxın ətrafının işidir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə