Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəlal Əliyevlə vida mərasimi AMEA-da olacaq
Cəlal Əliyevlə vida mərasimi AMEA-da olacaq
01 Fevral 2016 / 10:44 / Baxış sayı: 372
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev dünyasını dəyişib. AMEA-dan verilən məlumata görə, C.Əliyevlə vida mərasimi bu gün saat 13.00-dan 15:00-dək AMEA-nın əsas binasında olacaq. Artıq bununla bağlı binada hazırlıq işlərinə başlanıb.

C.Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. C.Əliyev “İstiqlal” ordeni ilə təltif edilib. O, 18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

Akademikin 1 övladı var.

Allah rəhmət eləsin!

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə