Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Şahdağ”da satılan Coca-Colanın qiyməti hamını şoka saldı -FOTO
“Şahdağ”da satılan Coca-Colanın qiyməti hamını şoka saldı -FOTO
01 Fevral 2016 / 11:58 / Baxış sayı: 224
Font1 Font2 Font3 Font4

Qusar rayonu ərazində yerləşən “Şahdağ” İstirahət Mərkəzinin “Şahdağ Resort Spa Otel”ində vətəndaşdan 5 manata təklif olunan xidmət üçün 28 manat hesab alıblar. 

Aktual.az-a müraciət edən oxucu bildirir ki, o bunun səbəbini, xidmətin hansı səbəbdən belə baha olduğunu soruşduqda ona “Ürəyin istəmir, bura gəlmə, get başqa yerdə dincəl” deyə kobud cavab veriblər. Ən dəhşətlisi isə sonradan müzakirələrə qatılan inzibatçının dedikləri olub: “Pulun yoxdur, burada nə işin var. Bura “şişkalar”ın yeridir ”.
Azərbaycanda turizm potensialının artırılması məqsədilə dövlət rəhbərliyi tərəfindən təşkil olunan çoxsaylı beynəlxalq tədbirlərə, kütləvi idman, musiqi yarışmalarına baxmayaraq, turizmlə məşğul olan bəzi sahibkarların istehlakçı hüquqlarını kobud sürətdə pozması və onlara inamsızlıq aşılaması, müştəriləri aşağılaması heç bir halda başadüşülən və təqdirolunan hal deyil. Nə yazıq ki, hələ də qanuna və qanunun tələblərinə dırnaqarası yanaşanlar var.(aktual.az)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə