Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İpək yolu” ilə buraxılan Ukrayna qatarı Qazaxıstanda “itdi”, sonra tapıldı
“İpək yolu” ilə buraxılan Ukrayna qatarı Qazaxıstanda “itdi”, sonra tapıldı
01 Fevral 2016 / 14:10 / Baxış sayı: 480
Font1 Font2 Font3 Font4

Ukraynanın “İpək yolu” marşrutu ilə Çinə yola saldığı sınaq qatarı Qazaxıstanda “itib”.

Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Rusiyadan yan keçən nəqliyyat dəhlizinin necə işlədiyini sınaqdan keçirmək üçün Odessa limanından yola salınan konteyner qatarı Azərbaycandan heç bir problemlə üzləşmədən keçsə də Qazaxıstanda ləngidilib.

Qazaxıstan-Çin sərhədindəki “Dostluq” sərhəd-keçid məntəqəsindən bildiriblər ki, qatar hələ sərhədə çatmayıb və qrafikdən çox geri qalır. Qazaxıstan Dəmir Yolları isə hazırda qatarın harada olduğu barədə suala cavab verməyib. Şirkətin mətbuat xidməti ancaq onu deyib ki, qatar respublikanın dəmir yolları ilə hərəkət etməkdədir.

Lakin yerli nəqliyyat şirkətlərindən birindəki mənbə deyib ki, qatar hələ yanvarın 30-da Mərkəzi Qazaxıstanda yerləşən Karaqanda vilayətinin Balxaş stansiyasında elektrovozdan ayrılıb və hazırda stansiyada dayanmaqdadır. “Ona görə ki, qatara görə haqq verməyiblər”-mənbə bildirib. Bu məlumatı rəsmi qaynaqlardan hələ dəqiqləşdirmək mümkün olmayıb.

Qatarın Qazaxıstanda “itməsi” barədə yayılan xəbərlərdən sonra “Ukrayna Dəmir Yolları” bildirib ki, qatar bu gün Çinlə sərhədə çatıb. Habelə Ukrayna dəmir yol operatoru qatarın qafikdən geri qalmadığını açıqlayıb.

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin sınaq qatarı Odessa limanından yanvarın 15-də yola salınmışdı.

Yanvarın 1-dən Ukrayna ilə Avropa İttifaqı arasında Assosiasiya sazişi qüvvəyə minib. Rusiya buna cavab olaraq Ukrayna yüklərinin öz ərazisindən tranzit keçididini dayandırıb.

Nəticədə Ukrayna alternativ variant kimi “İpək yolu” dəhlizinə üz tutub. Bu marşrutla Ukraynanın ildə 1 milyon ton yük daşıması gözlənilir. Lakin belə görünür ki, Qazaxıstanda yaradılan əngəllər üzündən bu strateji nəqliyyat dəhlizinin effektiv işini təmin etmək mümkün olmur.

Xatırladaq ki, bundan əvvəl Türkiyə və Qırğızıstan yükdaşıyanları da Qazaxıstanın Aktau limanında ləngidildiklərini, rüşvət tələbləri ilə qarşılaşdıqlarını bildirmişdilər. TIR sürücüləri deyirdilər ki, onlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında heç bir problemlə qarşılaşmayıblar və yüksək səviyyədə xidmətin şahidi olublar. Lakin Aktau limanında yüklər bərələrdən gec boşaldılır, gömrük məmurları rüşvət alır, sürücülərin istirahəti üçün heç bir şərait yaradılmayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə