Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nərimanov rayonunda “2 fevral – Azərbaycan Gəncləri günü”
Nərimanov rayonunda “2 fevral – Azərbaycan Gəncləri günü”
01 Fevral 2016 / 14:47 / Baxış sayı: 406
Font1 Font2 Font3 Font4

Nərimanov Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin birgə təşkilatçılığı 01 fevral 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə “Azərbaycan gəncləri – Azərbaycanın gələcəyidir” mövzusunda rayon gənclərinin toplantısı keçirilmişdir.

Tədbirin keçirilməsində məqsəd “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün geniş qeyd edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İlqar Mirzəyev, İradə Mahmudova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, bir sıra dövlət və qeyri hökümət təşkilatlarının rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədr, sədr müavinləri, fəal üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ilk öncə Müstəqil Azərbaycan gənclərini bu bayram günü və eyni zamanda birinci Gənclər Forumunun 20-ci ildönümü münasibətilə ürəkdən təbrik etdi, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulamışdır.

Qeyd etmişdir ki, Azərbaycan dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirildiyini nəzərə alaraq Ümummilli Liderimiz Heydər Əliyev 1 fevral 1997-ci ildə «2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında» Sərəncam imzalamışdır. Sərəncam qüvvəyə mindiyi gündən hər il olduğu kimi bu il də Azərbaycan Gəncləri günü qeyd edilir.

İdarə rəisi vurğulamışdır ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, Ulu Öndərimiz 1993-cü ildə ikinci dəfə Respublikaya hakimiyyətə gəldikdən sonra gördüyü ilkin və mühüm işlərdən biri gənclərin ilk dövlət təşkilatının – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması olmuşdur.

Sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova qeyd etmişdir ki, Ulu öndərimiz Heydər Əliyev həmişə gənclərə böyük inam göstərmiş, onların qüvvəsinə güvənərək vurğulayırdı: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Biz Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlə baxırıq.”

Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev bu gün bütün sahələrdə

olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərir. Dövlətin gənclər siyasəti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkşaf edir.

Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait vardır.

Daha sonra toplantıda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı və digər çıxış edənlər qeyd etmişlər ki, Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilmişdir. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır.

Tədbirin sonunda Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, təhsilində fərqləndiyinə, Nərimanov rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə və “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə görə bir qrup rayon gəncləri mükafatlandırılmışdır.

Həmçinin Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev Dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi xidmətlərə, gənclərə göstərdiyi diqqət və qayğıya görə “Gənclərin Dostu” adına layiq görülmüşdür.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə