Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Böhrandan çıxmaq üçün bir sıra addımlar atılır” -Samir Şərifov
“Böhrandan çıxmaq üçün bir sıra addımlar atılır” -Samir Şərifov
01 Fevral 2016 / 15:02 / Baxış sayı: 204
Font1 Font2 Font3 Font4

“Azərbaycanda iqtisadi böhranın bu həddə çatması ölkə daxilində deyil, xaricidə formalaşan proseslərin nəticəsidir”. Bu barədə maliyyə naziri Samir ŞərifovGəncə ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan xam neft ixrac edən ölkədir və son vaxtlar dünya bazarında bu məhsulun qiymətinin düşməsi başqa neft ölkələri kimi, Azərbaycan iqtisadiyyatına da mənfi təsir edib: “Buna baxmayaraq, prezident İlham Əliyev vətəndaşların bu böhran zamanı az əziyyət çəkmələri üçün mühüm fərman və sərəncamlar imzalayıb, həmçinin, sosial müavinətlərin məbləği artırılıb.

Bu artım 3 milyon 700 min nəfərin yaşayışına müsbət təsir edəcək. Böhrandan çıxmaq üçün bir sıra addımlar atılır. Onların sırasında iqtisadiyyatı maksimum dərəcədə idxaldan azaltmaq, sahibkarlığın inkişafı və sair məsələlərdir. Regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyət dərindən təhlil edilib, yeni vəzifələr müəyyənləşdirilib. Bu vəzifələr əsasən dinamik iqtisadi inkişafın təmin edilməsi, iqtisadiyyatın qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsi, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçirilməsi, sosial təminat sahəsində məqsədyönlü işlərin görülməsindən ibarətdir”.

S. Şərifov vurğulayıb ki, Gəncənin tekstil sənayesinin inkişaf etdiriləsi, aqrar maşınqayırma müəssisələrinin yaradılması, şəhərdə iri sənaye müəssisələrinin, o cümlədən alüminium sənayesinin daha da inkişaf etdirilməsi, onun zənginləşdirilməsi isə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün qarşıya qoyulan əsas vəzifələrdnəndir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə