Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev Abu Dabidəki Şeyx Zayed məscidində olub
İlham Əliyev Abu Dabidəki Şeyx Zayed məscidində olub
01 Fevral 2016 / 17:18 / Baxış sayı: 346
Font1 Font2 Font3 Font4

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Abu Dabidə Şeyx Zayed məscidi kompleksini ziyarət edib. 

Dövlət başçısına məlumat verilib ki, məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed ibn Sultan Əl Nəhyanın təşəbbüsü ilə inşa edilib. Onun məzarı da buradadır. Prezident İlham Əliyev Şeyx Zayed ibn Sultan Əl Nəhyanın məzarını ziyarət edib.

Şeyx Zayed məscidi ölkənin ən böyük məscidi hesab edilir. Cümə və bayram namazlarında buraya gələnlərin sayının 40 min nəfərə çatdığı bildirilir. Məscidin nadir elementlərindən biri də əsas ibadət otağının xalçasıdır. Bu xalça dünyanın ən böyük xalçası sayılır. Ümumi sahəsi 5627 kvadratmetr olan xalçanın çəkisi 35 tondur. Məscid kompleksinin kitabxanasında İslam dininə aid bir sıra klassik nəşrlər, 200 ildən çox yaşı olan qəpiklər, xəttatlıq nümunələri var.

Məscidlə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib. Prezident İlham Əliyev məscidin xatirə kitabına ürək sözlərini yazıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə