Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

GəncOl tarifində daha bir yenilik
GəncOl tarifində daha bir yenilik
01 Fevral 2016 / 17:20 / Baxış sayı: 240
Font1 Font2 Font3 Font4

Azercell Telekom hər kəs tərəfindən maraqla qarşılanan GəncOL tarif paketində daha bir yenilik edir. Belə ki, 1 fevral 2016-cı il tarixindən etibarən GəncOl istifadəçiləri bu tarif paketi daxilində təqdim olunan internet həcmini bitirdikdən sonra yenilənməyən İnternet paketləri sifariş edə biləcəklər. Bunun ücün abunəçi sadəcə 2525-ə müvafiq acar sözü yazıb göndərməlidir.

İnternet paket Açar sözü Qiymət (ƏDV daxil)

50 MB 50x 1 AZN

500 MB 500x 3 AZN

1 GB 1000x 5 AZN

5 GB 5000x 10 AZN

10 GB 10000x 15 AZN

Limitsiz Limitsizx 30 AZN

Qeyd edək ki, əlavə paketlərin istifadə müddəti 30 gündür və onlar yenilənmir. Bu müddət bitdikdə istifadə edilməmiş balans sıfırlanır. Abunəçi internet paketin balansını istifadə müddətindən tez bitirərsə, yenidən paket sifariş edə bilər. Yenilənməyən Aylıq İnternet paketlərindən imtina etmək üçün abunə 2525-ə “STOPX” göndərməlidir.

Məlumat üçün bildirək ki, Azercell-in sözügedən paketinə qoşulmaq üçün isə SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. Gənc OL tarif paketinə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilər. Belə ki, ayda cəmi 5 AZN ödəyib GəncOL5 tarif paketinə qoşulmaqla hər kəs Gənc OL abunəçiləri arasında hər ay 2GB İnternet, 200 dəq, 200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra Gənc OL abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abünələrlə olkədaxili 5 qəpiyə danışacaqlar. Gənc OL 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir.

Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB Mobil İnternet, 400 dəq tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır. Bundan əlavə bu tarifə qoşulan abunəçilər restoranlar, magazalar, fitnes, Təhsil və Əyləncə mərkəzlərində 50%-ə qədər müxtəlif endirimlərdən yararlanmaq imkanı qazanırlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə