Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Etibar Pirverdiyevin adamları Qarabağ əlillərinə divan tutur
Etibar Pirverdiyevin adamları Qarabağ əlillərinə divan tutur
01 Fevral 2016 / 17:49 / Baxış sayı: 1552
Font1 Font2 Font3 Font4

Mingəçevir İstilik və Elektrik Stansiyasında çalışan Qarabağ əlilləri, şəhid ailələri və veteranların işdən çıxarılması xəbərinə “Azərenerji” Səhmdar Cəmiyyəti reaksiya verib. Qurumun mətbuat xidmətinin rəhbər müavini Ələkbər Baxşəliyevvirtualaz.org saytına bildirib ki, hazırda adları çəkilən şəxslər Mingəçevir İES-də çalışırlar: “Lakin qurumda modernləşmə işləri gedir. Modernləşdirmədən sonra yeniliklərlə işləyə bilməyənlərə əlavə iş təklif olunacaq”.Ə.Baxşəliyev qeyd edib ki, hələlik heç kim ixtisara salınmayıb.

***

15:26

Mingəçevir İstilik və Elektrik Stansiyasında çalışan Qarabağ əlilləri, şəhid ailələri və veteranlar işdən çıxarılır. Onlara qarşı kampaniyaya başlanılıb.

Bu barədə Virtualaz.org saytına Qarabağ Azadlıq Təşkilatından məlumat veriblər.

Təşkilat prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir ki, imtiyazlı şəxslərin ixtisarına “Azərenerji” ASC-in prezidenti Etibar Pirverdiyevin yaxın adamı Gülağa Bəşirovun direktor təyin olunmasından sonra başlanılıb.

Belə ki, Gülağa Bəşirov direktor təyin ediləndən sonra Qarabağ əlilləri – aparıcı mühəndis Natiq Həsənovu, mühəndis Rəfail Cabbarovu, çilingər Əli Əliyevi, mühəndis Çingiz Nəzərovu, çilingər Bilal Qədirovu, çilingər Məhəmməd Ramazanovu, çilingər Seyfəddin Ağayevi, Qarabağ əlilinin həyat yoldaşı Sevda Rüstəmovanı, şəhidin həyat yoldaşı Mehriban Kərimovanı, Pərvanə İbrahimxəlilovanı, Mədinə Əliyevanı, Xatirə Məmmədovanı əmrlə işdən azad edib. Onların işdən azad olunması ixtisarla əlaqələndirilsə də, yalnız əlil və şəhid ailələrinin işdən çıxarılması maraqlıdır.

Təşkilat bəyanat verərək imtiyazlı ailələrin işdən çıxarılmasını tənqid edib. Qeyd edək ki, Əmək Məcəlləsinin tələblərinə görə, Qarabağ əlilləri, şəhid ailələri ixtisara salına bilməz.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə