Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SOCAR “Günəşli”də ölən 3 neftçinin ev pulunu ödədi
SOCAR “Günəşli”də ölən 3 neftçinin ev pulunu ödədi
01 Fevral 2016 / 18:01 / Baxış sayı: 376
Font1 Font2 Font3 Font4

4 qurum tərəfindən ölən neftçilərin ailələrinə 22 min manat yardım edilib.

SOCAR “Günəşli”“Neft Daşları”nda baş vermiş qəza nəticəsində həlak olmuş, itkin düşmüş işçilərin ailələrinə və təxlis olunmuş işçilərə göstərilmiş yardımlar barədə məlumat yayıb. Qurumdan verilən məlumata görə, həlak olmuş və itkin düşmüş 33 nəfərin hər birinin ailəsinə aşağıdakı məbləğdə maddi yardım edilib:

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 15000 manat;
– SOCAR-ın vəsaiti hesabına 5000 manat;
– Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 1000 manat;
– Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 1000 manat;

2. Qəza nəticəsində 11 nəfər həlak olmuş şəxslərlə bağlı göstərilən yardımlar:
– dəfn mərasimləri SOCAR-ın aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirak ilə təmin olunmuş, dəfn və məzar daşlarına çəkilən xərcləri SOCAR-ın vəsaiti hesabına həyata keçirilir;

– hər bir ailəyə “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”nin 4.1.1. bəndinə əsasən 2100 manat maddi yardım verilib;

– hər bir ailəyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq orta əmək haqqının üç misli miqdarında müavinət ödənilib;

– “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”nin 4.1.4. bəndinə əsasən azyaşlı uşaqları 18 (əyani qaydada təhsil alırsa 23) yaşa çatanadək hər birinə görə – uşaqlara himayəlik edən ailə üzvlərindən birinə – ayda 262,5 manat maddi yardım verilməsi nəzərdə tutulur.


Yanan platforma

3. Qəza nəticəsində təxlis olunmuş işilərə aşağıda göstərilən yardımlar edilib:

– SOCAR-ın vəsaiti hesabından Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alan bir nəfərə 3000 manat, 32 nəfərə isə hər birinə 1000 manat;

– Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 500 manat;
– Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 500 manat;

Həmçinin mənzil növbəsində olan və “Neftçi” mənzil-tikinti kooperativi (MTK) tərəfindən mənzillə təmin olunmuş 3 nəfərin (İman Şura oğlu Qasımovun- 31756,07 manat, Bəhmən Nadir oğlu Cəfərovun – 15523,70 manat, Əbdüləziz İsmayıl oğlu Əbdüləzizovun-70234,50 manat; cəmi-117514,30 manat) ödənişi SOCAR tərəfindən həyata keçirilir.

Bundan əlavə, həlak olmuş və itkin düşmüş ailələrin sosial durumunu yaxşılaşdırmaq məqsədi ilə ailə üzvlərindən bir nəfərinin ixtisas (peşə) və iş təcrübəsinə uyğun SOCAR-ın müəssisə və təşkilatında vakant yerlərə müstəsna hal kimi müsabiqə proseduru tətbiq edilmədən müvafiq işlə təmin olunması, ehtiyac olarsa SOCAR-ın Təlim mərkəzlərində onların hazırlanması nəzərdə tutulub.


Neftçilərin fırtına zamanı dağılan xilasetmə qayığı və jiletlər

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 33 nəfər təxliyyə olunub. Bu günə kimi 12 nəfərin meyiti tapılıb. Sonuncu meyit bir neçə gün öncə tapılıb. Onun şəxsiyyəti hələlik bəlli deyil.

Dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə də qəza verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Budkada 3 nəfər olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə