Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

QHT Şurası saytlarla bağlı Mətbuat Şurasına müraciət etdi…
QHT Şurası saytlarla bağlı Mətbuat Şurasına müraciət etdi…
29 Yanvar 2016 / 21:10 / Baxış sayı: 890
Font1 Font2 Font3 Font4

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Şuranın sədri, millət vəkili Azay Quliyev haqqında bəzi saytlarda böhtan və şantaj xarakterli yazı dərc edilib. 

“Azay Quliyevin qeydiyyat monopoliyası” başlıqlı yazıya həmin tarixdə Şura tərəfindən  kütləvi informasiya vasitələri ilə rəsmi münasibət bildirilmişdir.

Qeyd olunan saytlarda dərc olunan yazıda fikir və söz azadlıqlarından sui-istifadə edilməklə “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası qanunvericiliyinin və jurnalistlərin peşə davranış qaydalarının kobud pozuntusuna yol verilmişdir.

Dərc olunmuş yazıda “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikasının Qanununda vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə dair nəzərdə tutulmuş prinsip müddəa və 10-cu maddədə istinad mənbəyi adı altında şayiə, yalan və qərəzli yazıların yayılması, böhtan atılması, yaxud digər qanunazidd əməllərin törədilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasının yol verilməzliyinə dair nəzərdə tutulmuş tələb pozulmuşdur. Belə ki, Qanunun 60-cı maddəsində baş redaktorun (redaktorun) çap olunan materialların Qanunun tələblərinə uyğun hazırlanmasına nəzarət etməməsi,kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə halı kimi müəyyən olunmuş və bu əməllərə görə qanunvericilikdə məsuliyyətin müvafiq növləri nəzərdə tutulmuşdur.

Eləcə də bu yazıda “Azərbaycan jurnalistlərinin peşə davranışı Qaydaları”nın həqiqətə xidmət, dəqiqlik və obyektivlik prinsipinə dair 1-ci bəndinin 1.1-ci yarımbəndində nəzərdə tutulmuş jurnalistin həqiqəti yaymaqdan ibarət olan ali məqsədi və obyektivlikdən ibarət olan əsas peşəkarlıq meyarı pozulmuşdur. Bu da onunla bağlıdır ki, qeyd olunan yazıda həmin Qaydaların informasiya qaynaqlarına sayğılı yanaşmaya dair 2-ci prinsipinin 2.2-ci yarımbəndində qeyri-rəsmi mənbələrin məlumatlarının, onların həqiqətə uyğunluğu və informasiya dəyərinin yoxlanılmadan yayılmamasına dair tələbi pozulmuşdur.

Qeyd olunan saytlarda dərc olunan bu yazını Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının qanuni maraq və mənafelərini hər zaman ən yüksək səviyyədə qorumağı özünün əsas vəzifələrindən hesab edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Şuranın sədri, millət vəkili Azay Quliyevin işgüzar nüfuzuna qarşı hörmətsizlik, yalan və böhtan hesab etməklə hüquqazidd davranış kimi qiymətləndiririk.

Fikir və söz azadlığı prinsipinə, “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə və “Azərbaycan jurnalistlərinin peşə davranışı Qaydaları”na uyğun olaraq  dərc olunan yazıya münasibət bildirməyi, bu qanunazidd hərəkətlərinə, Şura və sədr haqqında yalan və böhtan yazdıqlarına görə “xeber.info” və “arqument.az” saytlarına qarşı ciddi tədbirlər görməyinizi Sizdən  xahiş edirik.

Şuradan verilən məlumata görə, əvvəllər də  müxtəlif xarakterli şər, böhtan və şantaj dolu məlumatların yayımlanmasına baxmayaraq, Şura indiyədək bu tipli “media” orqanlarının hüquqi qaydada cəzalandırılmasının tərəfdarı olmayıb: “Şura hesab edir ki, media, cəmiyyətin müxtəlif məzmunlu zəruri  informasiya ilə təminatını həyata keçirən və inkişafa xidmət edən vətəndaş cəmiyyətinin aparıcı institutlarından biridir. Bunu əsas götürərək  Şura şəffaflıq və aşkarlıq prinsiplərinə sadiq qalaraq hər zaman yerli və beynəlxalq KİV-lərlə əməkdaşlığa böyük önəm verib.

Ancaq təəssüflər olsun ki, aidiyyatı qurumların və hüquq-mühafizə orqanlarının dəfələrlə xəbərdarlığına baxmayaraq, hələ də qanunazidd əməllərindən əl çəkməyən, jurnalistikanın etik prinsiplərinə məhəl qoymayan,  dövlət orqanlarının və ictimai-siyasi xadimlərin işgüzar nüfuzuna kölgə salmağa çalışan yazılı və internet mediası nümunələri də mövcuddur. Onların bu tip qarayaxma fəaliyyətinin davamlı xarakter almasını və şifahi xəbərdarlıqlarımızın nəticə verməməsini əsas götürərək,  Şura yuxarıda adı çəkilən saytlar haqqında müvafiq tədbir görülməsi üçün Mətbuat Şurasına və hüquq-mühafizə orqanlarına müraciət etməyi qərara alıb”.

Şura bununla yanaşı bütün media təmsilçilərinə müraciət edərək onları mətbuat adına ləkə gətirən, jurnalistikanın ali məqsədlərindən tamamilə uzaq olan,  söz və ifadə azadlığından sui-istifadə edərək şər və böhtanı özlərinin həyat tərzinə çevirən “jurnalistlər”in əməllərinə münasibət bildirməyə çağırıb.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə