Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlhamə Quliyevadan təhdid:”Səni bu dünyada yaşatmazdım…”
İlhamə Quliyevadan təhdid:”Səni bu dünyada yaşatmazdım…”
02 Fevral 2016 / 11:59 / Baxış sayı: 222
Font1 Font2 Font3 Font4

Xalq artisti İlhamə Quliyeva Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Hüseynovanın ittihamlarına cavab verib. Lent.az-a açıqlama verən xalq artisti də öz növbəsində qarşı tərəfi suçlayıb: “Başa düşə bilmirəm ki, mənim qulluqçum Mehriban Hüseynova hansı namus-qeyrətdən danışır? Neçə-neçə ailələrin başına bu fəsadları gətirib. Amma mənimlə bacara bilmədi. Çünki daş qayaya rast gəldi. Onun əli ilə neçə nəfər tutulub, cəza çəkir. Ona demək istəyirəm ki, ay qulluqçu, sənin haqqın çatmır ki, həbsxanadan otura-otura cəfəngiyat məktublar göndərəsən. Bu işlərin axırı sənin üçün çox pis olacaq. Hazırda Prokurorluqda barəndə iş gedir. Barəmdə dediyin şərlər, böhtanlar heç vaxt mənə yapışmaz. Sənin söylədiklərinə də kimsə inanmaz”.

İ.Quliyeva köməkçisini bıçaqlaması ittihamlarına da münasibət bildirib: “Başa düşə bilmirəm ki, İlhamə Quliyeva nə zamandan adam bıçaqlayan olub? Olmayan şeyləri camaata deyib, niyə şər atırsan? Bizi şantaj etdiyinə görə, ona 10 il iş düşür. Kimi şantaj edib öldürmüşük? Yekə arvadsan, get ağlına dua yazdır. Hələ gələcəyini düşün ki, səni məhkəmələrdə nələr gözləyir. İndi kim öz qatığına, ayranına turş deyir ki? Oturub, özü üçün qatıqlayır. İşi yox, gücü yox, oturub indi dörd divarın arasında. İlhamənin imkanı olsaydı, səni tikə-tikə doğrayardı ki, sən bu dünyada yaşamayasan. Çünki sən insanlara ancaq xələl gətirirsən”.
Xalq artisti onu da əlavə etdi ki, M.Hüseynova məktubu tək yazmayıb: “Özü içəridədir. Burada da öz adamları var, yazdırır, pozdurur. O, savadsızın biridir. Adını, soyadını yazanda beş dəfə səhv edir. Sadəcə, onun havadarları var. Müdafiə edən şəxsləri var. Həmin dəstədə qadın da, kişi də var. Məhkəmə qabağı bu cür yazı-pozular çox olacaq. Məhkəməsi başlayana kimi, nə qədər istəyir, ittiham etsin. Hazırda bütün Azərbaycan ayaq üstədir. Bu ciddi bir məsələdir. Onun ittiham etməyi ilə deyil ki? Ona yazığım gəlir. Bu dünyaya qulluqçu gəlib, qulluqçu kimi də gedəcək”.
Qeyd edək ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Mehriban Bəylər qızı Hüseynova musavat.com-un redaksiyasına ünvanlandığı məktubda İ.Quliyeva barəsində bir çox ittihamlar irəli sürüb.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə