Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səudiyyə Ərəbistanından önəmli neft AÇIQLAMASI
Səudiyyə Ərəbistanından önəmli neft AÇIQLAMASI
02 Fevral 2016 / 12:04 / Baxış sayı: 276
Font1 Font2 Font3 Font4

OPEK və qeyri-OPEK ölkələrin əməkdaşlıq etməsi şəraitində Səudiyyə Ərəbistanı neft bazarını idarə etməyə hazırdır. Oxu.az “Hüriyyet”ə istinadən xəbər verir ki, bu barədə OPEK-dəki mənbə bu ölkənin “Əl-Həyat” qəzetinə bildirib.
Ötən həftə Rusiyanın energetika sahəsində çalışan rəsmi şəxslərinin Səudiyyə Ərəbistanından neft istehsalı haqqında təkliflər gəldiyi və Səudiyyə rəsmilərinin görüşməyə hazır olduqları barədə açıqlamalarından sonra “qara qızılın” qiymətləri yüksəlmişdi.
OPEK-dəki mənbə onu da vurğulayıb ki, İran üzərindən sanksiyaların qaldırılmasından sonra, bu ölkənin bazara təqdim edəcəyi neftin miqdarı məlum olmadığı üçün OPEK-in fövqəladə iclas keçirməsi hələ tezdir.
“İranın bazara verə biləcəyi neftin miqdarı növbəti 2 ayda da bəlli olmayacaq”, – deyə mənbə əlavə edib. Qeyd edək ki, OPEK neftin qiymətində baş verən kəskin enmə nəticəsində Venesuelanın nağd pul ilə bağlı sıxıntısı ilə əlaqədar fövqəladə iclas keçirilməsini dəyərləndirir.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə