Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Beyləqanda təhsil “dükanı”: Al, ver, get…
Beyləqanda təhsil “dükanı”: Al, ver, get…
02 Fevral 2016 / 12:11 / Baxış sayı: 206
Font1 Font2 Font3 Font4

Beyləqan Rayon Mərkəzi Xəstxanası və xüsusən də doğum şöbəsinin müdiri Leyla Ağalarova haqqında yazdığımız tənqidi yazıdan sonra, saytımızın elektron ünvanına rayon haqqında müxtəlif şikayətlər daxil olmağa başlayıb.

Gələn şikayətlərdən biri də Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov haqqındadır. Qaynar.info-ya yazan oxucumuz yazısına Tofiq Sadıqovun rayonda məşhur olan ləqəbi və xobbisindən başlasa da, “Bilgəh” və “Qaranquş” sanatoriyalarındakı macəralarına eyham vursa da, biz bunları tirajlamağı qeyri-etik hesab edirik. Ona görə yazının yalnız T.Sadıqovun fəaliyyəti ilə bağlı hissələrini müəyyən ixtisarla dərc edirik:

Tofiq Sadıqovun “attestasiya” fəaliyyəti

“… Uzun illərin iş təcrübəsinə malik olan hörmətli Təhsil Şöbə müdiri həm də “şəxsi attestasiya proqramı” ilə tanınır Beyləqanda. …Yəni, Beyləqan sakini olan, pedaqoji təhsil almış istənilən kimsə Tofiq müəllimə müraciət etməklə işsizliyə son qoya bilər. Bunun üçün diplomun olması kifayətdir. Diplomun Azərbaycan Respublikasında tanınıb-tanınmaması əsas deyil. Təhsil Şöbəsinin müdirinin bu diplomu tanıması kifayətdir. Diplomun tanınma proseduru, həmçinin Sadıqovsayağı “attestasiya” qaydaları fərdi söhbət zamanı tam olaraq detalları ilə izah olunur. Nəzərinizə çatdıraq ki, artıq 30 nəfərdən çox təhsil işçisi müsabiqədən keçə bilmədiyi halda Tofiq Sadıqovun “attestasiyasından” keçə bilib. Təcrübə öz bəhrəsini verir…

Son vaxtlar müəllimlərin işə götürülməsində mərkəzləşdirilmiş qəbul prinsipinin tətbiqi mahiyyətcə yerlərdə müəyyən xoşagəlməz halların aradan qaldırılmasına yönəlmiş addımdır. İşə qəbulun attestasiya ilə həyata keçirilməsi şərəfli müəllim adını daşımağa layiq olanların təhsil ocaqlarında müəllim olaraq işə başlamalarını, eyni zamanda həqiqətən bu adı daşımağa tam hazır olduqlarını təsdiq etmək üçün bir meydandır. Digər tərəfdən, attestasiyadan keçsə də, təyinat yerində işləməyə razı olmayan gənc pedaqoqlarımız da olur. Onların təyinat yeri üzrə işləməkdən imtina etdikləri zaman hər hansı bir rayon, yaxud kənd məktəbində vakant elan olunmuş müəllim ştatı doldurulmamış qalır. Yəni, növbəti attestasiyaya qədər vakansiya açıqdır. Bu zaman Beyləqanda Sadıqovun “attestasiya” fəaliyyətinə start verilir. Bu zaman Tofiq Sadıqov 1000-1500 AZN (məktəb və kəndə görə qiymət dəyişə bilir) qarşılığında vakant yerlər üzrə 1 illik müqavilə bağlamaqla müəllimlərin işə götürülməsini həyata keçirir. Müqavilənin 1 il müddətinə bağlanması isə mövcud vakansiyanın növbəti attestasiya zamanı açıq elan olunmasına imkan yaradır. Bununla da həm vakansiyanın mövcud elan olunması təmin olunur, müqavilə müddətində hər hansı bir işsiz pedaqoq işlə təmin edilir və nəhayət, uzun illər təhsil sahəsində əməyi olan Tofiq müəllim öz xərclərini qarşılamaq üçün gəlir əldə edir. Lakin bu gəlirin əldə olunması təkcə vakant yerlərə qeyd olunan qaydada müəllimlərin işə götürülməsinə bağlı deyil. Məktəblərdə gənc pedaqoqlarla yanaşı, artıq təqaüd yaşını haqlamış müəllimlər də az deyil. Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə əsasən, 63-65 yaşına çatmış hər bir kəs artıq təqaüdə getməlidir. Təhsildə göstərdiyi müəyyən xidmətləri və ya fəxri adları olmayan hər hansı pedaqoqun bu yaşda təqaüdə çıxması normal haldır. Ən azından, təqaüdə çıxmış müəllimin əvəzinə gənc bir pedaqoq işlə təmin olunur, ali təhsil aldığı illərdə çəkdiyi əziyyətlərin hədər getmədiyinin şahidi olur. Gəlin baxaq – həmişə belə olurmu?

Sirr deyil ki, verilən suala hamı birmənalı şəkildə müsbət cavab verə bilməyəcək. Bu hal tək Beyləqanda deyil, demək olar ki, Respublikamızın bütün bolgələrində müşahidə edilir. Beyləqanda bu halın mövcudluğunun təminatçısı yenə də Tofiq Sadıqovdur. Belə ki, onun rəhbərlik etdiyi Təhsil Şöbəsinin tabeçiliyində olan məktəblərdə təqaüd yaşına çatmış, hətta bu yaş həddini keçmiş müəllimlərin sayı kifayət qədərdir. Bu yaş qrupuna daxil olan pedaqoqlar sadəcə 500 AZN ödəməklə rəhbərliyin gözündə görünməz olurlar …

… Beyləqanda rast gəlinən hallardan biri də Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmayan diplomlarla müəllimlərin orta məktəblərdə çalışmasıdır. …

Sadalanan halların meydana çıxmasının əsl səbələrini dəqiq bilməsək də, bir ehtimalımız var. Bu ehtimal da Beyləqan RTŞ müdirinin uzun müddət ali təhsil almasıdır. Məlumdur ki, SSRİ-də ali pedaqoji təhsil müddəti 5 il idi. Tofiq müəllimin ali təhsil haqqında diplomunda isə bu müddət 11 ildir – 1968-1979-cu illər. Görünür, hörmətli müəllim 5 ildə pedaqoqikanı, qalan müddətdə isə qeyd olunan halların texnologiyasını öyrənib. Yaxud da, özünü müəllimlərə o qədər sevdirib ki, onu gözlərindən uzağa qoymaq istəməyiblər. Hər halda yenə də bu məsələdə ən dəqiq cavabı onun özündən almaq olar…”

… Rayonda təhsilin “inkişafı” üçün bütün mümkün addımları atan Tofiq müəllim hətta şagirdlərin asudə vaxtının “səmərəli” keçməsi üçün kafe-restoran da inşa etdirib. Müasir məktəblilərin zövqünün də müasir olduğu dəqiq bilən pedaqoq bu addımında əsasən məktəb bufetində əldə edilə bilən qida, içki vasitələri ilə kifayətlənməyən şagirdləri düşünüb. Təqdirəlayiq haldır.

İnşa edilən kafe-restoranda qonaqların tam rahat və sərbəst istirahət etmələri üçün bütün zəruri olan hər bir şərait mövcuddur – kabinet, divan, kreslo… Şagirdlər asudə vaxtlarını burada keçirə, məktəbdə öyrəndiklərini bölüşə, sual-cavab edə bilərlər. Ən “təqdirəlayiq” hal isə odur ki, bəhs edilən kafe-restoran 6 saylı orta məktəbin ərazisində inşa edilib…”

Məktubun bundan sonrakı hissəsi də bir növ oxşar üslubda olduğu üçün uzun-uzadı dərc etməyə ehtiyac hiss etmədik. Göründüyü kimi, Azərbaycanın bütün rayonlarında olduğu kimi Beyləqan təhsil şöbəsi də eyni üslub və maraqlar zəminində çalışır. Yazıda səsələnən fikirlərə qarşılıq Təhsil Şöbəsinin də hər hansı bir mövqeyi olacaqsa, dinləməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə