Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Heydər” məscidinin nəzdində mədrəsə yaradılacaq
“Heydər” məscidinin nəzdində mədrəsə yaradılacaq
02 Fevral 2016 / 12:12 / Baxış sayı: 616
Font1 Font2 Font3 Font4

“Heydər” Məscid-Kompleksinin nəzdində mədrəsə yaradılacaq. Bunu “Report”a açıqlamasında Kompleks İdarəsinin sədri hacı Sabir Həsənli bildirib. Onun sözlərinə görə, hazırda mədrəsənin təsis edilməsi istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır:

“Məscidin nəzdində mədrəsənin yaradılması bir ideyadır və hazırda bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır. Mədrəsə Təhsil Nazirliyinin lisenziyası əsasında, orta-ixtisas dini tədris müəssisəsi kimi fəaliyyət göstərəcək. Orta məktəblərin IX və ya XI siniflərini bitirənlər mədrəsəyə qəbul oluna biləcəklər”.

S.Həsənli deyib ki, mədrəsədə yalnız dini təhsil verilməyəcək, dünyəvi elmlər də öyrədiləcək. İdarə sədri vurğulayıb ki, mədrəsəni bitirən məzunlara diplomlar Təhsil Nazirliyi tərəfindən veriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə