Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Moskva” univermağının rəhbərliyi: “Endirimlər olacaq”
“Moskva” univermağının rəhbərliyi: “Endirimlər olacaq”
02 Fevral 2016 / 13:08 / Baxış sayı: 356
Font1 Font2 Font3 Font4

Bu gün Bakı şəhər Nəsimi rayonu Cavadxan küçəsi 5 ünvanında yerləşən “Moskva” univermağında satıcılar yer haqqının bahalığına etiraz olaraq aksiya keçirib. Satıcılar piştaxtaları boşaldaraq işləməkdən imtina edib və yer haqqının eyni şəxs tərəfindən, eyni qiymətlə yığılmasını tələb ediblər.

Univermağın rəhbərliyindən bildirilib ki, onlara satıcıların tələblərini yerinə yetirmək üçün vaxt tələb olunur: “Əlbəttə, endirimlər olacaq, qiymətlər əvvəlki hədlə eyni ola bilməz və devalvasiyaya uyğunlaşdırılmalıdır”.

Univermaq rəhbərliyindən o da bildirilib ki, bütün yerlərə görə eyni miqdarda icarə haqqının ödənilməsi mümkün deyil: “Çünki mərtəbələr və yerlərin mövqeləri ilə bağlı fərqlər var”.

Qeyd edək ki, satıcılar konkret nəticə olmasa, aksiyanı dayandırmayacaqlarını deyiblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə