Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SOCAR prezidenti dənizdə keçirdiyi ən ağır günü xatırladı
SOCAR prezidenti dənizdə keçirdiyi ən ağır günü xatırladı
02 Fevral 2016 / 13:18 / Baxış sayı: 206
Font1 Font2 Font3 Font4

Bu gün qeyd edilən Gənclər günü münasibəti SOCAR prezidenti Rövnəq Abdullayev Baki Ali Neft Məktəbinin (BANM) tələbələri ilə “qalstuksuz görüş” keçirib. Bu barədə virtualaz.org saytına BANM-ın mətbuat xidmətindən məlumat veriblər.

Xəbərdə deyilir ki, R.Abdullayev ötən ilin dekabrın 4-də dənizdə təbii fəlakət zamanı “Neft Daşları”nda və “Günəşli” yatağındakı 10 nömrəli özüldə baş vermiş qəza zamanı həlak olan nefçilərlə bağlı danışıb.

Neft-qaz mühəndisliyi ixtisası üzrə IV kursda təhsil alan Gülnar Hüseynlinin “Dənizdə işləyərkən çətinə düşdüyünüz anlar olubmu?” sualını cavablandırarkən SOCAR prezidenti deyib: “Mən vaxtilə “28 May” NQÇİ-də işləyərkən 10-cu blokda da təmir işlərinə rəhbərlik etdiyim vaxtlar olub.

Bir dəfə fevral ayında həmin blokda özüm bir təhlükəli hadisə ilə üzləşmişəm. Səhər saat 6:00-da iş başlamamışdan əvvəl təmir işi görüləcək əraziyə baxış keçirirdim. Borunun üstü ilə gedərkən birdən ayağım sürüşdü, borudan yapışdım, altda vahiməli dəniz vardı. 10 metr məsafəni yarım saat ərzində boru üzərində zorla sürünərək başa çatdırdım. O müddətdə bütün ömrüm bir kino lenti kimi gözümün qarşısından keçdi.

Növbəti hadisə isə 1994-cü ildə olmuşdu. “Neft Daşları”ndan gələn qaz xətti partlamışdı. Mən artıq idarənin baş mühəndisi idim. Biz xətti təmir edirdik. Dalğaların gücünü azaltmaq üçün gəmiləri düzmüşdük. Yuri Kudryakov adlı montajçının işləməsi üçün şərait yaratmışdıq. Amma təbiətlə mübarizə aparmaq çox çətin işdir. Birdən dalğa vurub Kudryakovu öz ağuşuna aldı. O zaman hansı hissləri keçirdiyimi anlamaq üçün yalnız orada olmaq lazımdır. Mən gödəkçəmi çıxarıb suya tullanmaq istəyirdim ki, yoldaşlar məni tutub saxladılar və bu an bir möcüzə baş verdi. Kudryakovun sudan çıxan əlini gördüm və tez əlindən yapışdım və yoldaşlarımla dartıb onu sudan çıxartdıq. Uzun müddət başını, bədənini birtəhər spirtlə ovuşdurub özünə gətirdik. Həmin vaxt 4 dəqiqədən çox suda qalsaydı, onu xilas edə bilməyəcəkdik. Əslində mənim üçün də suya düşmək ölümə getmək idi. Amma dəniz məğrurluq istəyir, cəsarət tələb edir.

Mən hələ də dekabrın 4-də baş verən hadisəni unuda bilmirəm. Çünki orada olanların bir çoxunu şəxsən tanıyırdım. Orada olan insanların səsi indi də mənim qulağımdadır. Amma çox ağır idi… Təsəvvür edirsinizmi, insanları eşidirsən, səndən kömək istəyirlər, sən isə heç nə edə bilmirsən. Gəmilər yaxınlaşa bilmirdi… Bir gəmi hətta zədələndi… Biz onları xilas edə bilmədik. Təbiət sanki bizə öz gücünü nümayiş etdirirdi… Əslində heyət üçün bütün təhlükəsizlik qaydalarına əməl edilmişdi. İşçilərin bayırda işləmələrinə məhdudiyyət qoyulmuşdu. Ona görə də, yalnız əraziyə baxış keçirmək üçün çıxan Bəxtiyar yanıq xəsarəti alıb. Yoxsa, bayırda olsaydılar, hamı yanardı”.

Bundan sonra R.Abdullayev Gürcüstandakı dini məbədlərə SOCAR-ın hesabına qaz verilməsi ətrafında yaradılan qalmaqala və sosial şəbəkələrdə aktual olan bir sıra digər məsələlərə münasibətini bildirib.

SOCAR-ın prezidenti “Ən yaxşı sual” üzrə nominasiyada ilk sualı ünvanlayan BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 2-ci kursda təhsil alan Pakizə Paşayevanın cəsarətinə görə qalib seçildiyini elan edib və ona hədiyyə verib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə