Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bıçaqlanan polislərdən biri polkovnik oğludur -YENİLƏNİB
Bıçaqlanan polislərdən biri polkovnik oğludur -YENİLƏNİB
02 Fevral 2016 / 13:21 / Baxış sayı: 350
Font1 Font2 Font3 Font4

Hadisəni törədən şəxslər sərxoş vəziyyətdə olub 

Bakının Sabunçu rayonundakı “Emin” kafesində bıçaqlanan polislərdən kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini polkovnik Əkbər Ələkbərovun oğludur. “Report”un məlumatına görə, A.Ələkbərov DİN-in hospitalına yerləşdirilib.

***

Bu gecə Sabunçuda polislə bir qrup şəxs arasında qarşıdurma olub. Saat 02 radələrində Şəhər şosesində yerləşən “Emin” kafesində bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə dərhal əməliyyat qrupu göndərilib. Kafeyə gələn polis əməkdaşları məsələni aydınlaşdırmağa çalışarkən bıçaqlanıblar. Polis kapitanı Ağaəli Ələkbərov, baş resjant Elnur Şərifov və serjant Bəxtiyar Abbasov bədənlərinin müxtəlif nahiyələrindən daxilə nüfuz etməyən xəsarətlər alıblar.

Dava-dalaş salaraq xuliqanlıq edən, eləcə də polisə müqavimət göstərərək onları bıçaqlayan 1986-cıı il təvəllüdlü Məmmədov İlham Bəykişi oğlu, 1987-ci il təvəllüdlü Muradov Dəyanət Hüseyn oğlu və 1986-cı il təvəllüdlü Məlikov Ceyhun Fariz oğlu saxlanılıb.

Məlum olub ki, onların hamısı Beyləqan sakinidir və hadisə vaxtı sərxoş vəziyyətdə olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə