Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Heydərov Ziya Məmmədovun bankını ələ keçirdi – “AFB bank” QURTULDUMU?
Heydərov Ziya Məmmədovun bankını ələ keçirdi – “AFB bank” QURTULDUMU?
02 Fevral 2016 / 14:41 / Baxış sayı: 696
Font1 Font2 Font3 Font4

Azərbaycanda baş verən ikinci devalvasiyadan sonra hər gün hansısa bankın bağlanması xəbəri artıq ictimaiyyət üçün adiləşsə də, prosesin hələ davam edəcəyi şübhəsizdir.

2016-cı il başlayandan Azərbaycan Mərkəzi Bankı (AMB) “Yunayted Kredit Bank” ASC, “NBC Bank” ASC, “Gəncə Bank” ASC, “Bank of Azerbaijan” və “Texnika bank”ın lisenziyalarını ləğv edib.

Bu bankların lisenziyaları onların məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, kreditorlar qarşısında öhdəliklərini icra edə bilmədiklərinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiklərinə görə ləğv edilib.

Qaynar.info-nun əldə etdiyi məlumata görə, bağlanması planlaşdırılan növbəti banklar arasında “Zamin Bank” və “AFB bank”ın da adı var. İkinci bank ictimaiyyətdə daha az tanınsa da, “Gilan Holdinq”in tərkibinə daxildir.

28 noyabr 2008-ci il tarixdə Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlayıb. “Gilan Holdinq” isə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova aiddir və şirkətə oğlu Taleh Heydərov rəhbərlik edir.

Məlumata görə, “AFB bank”ın lisenziyası ləğv olunandan sonra, onun digər bir bankla birləşdirilməsi planlaşdırılır. Bu bank isə Azərbaycanın daha məşhur və son illər ətrafında bir sıra qalmaqalların ortaya çıxmasına baxmayaraq, stabilliyini qorumağı bacaran “Bank of Baku”dur.

Araşdırmalarımız zamanı dəqiləşdirə bildik ki, artıq “Bank of Baku”nun səhmdarları arasında da önəmli dəyişiklik baş verib. Belə ki, Kəmaləddin Heydərova yaxın olan şirkət bu bankın səhmlərinin 30 faizini alıb. Bu isə “AFB bank”ın bağlanması prosesindən fövqəlnazirin uduşlu çıxmasını təmin etmiş olur.

Qeyd edək ki, Moody.s beynəlxalq reytinq agentliyi Azərbaycanda devalvasiyadan sonra yaranmış iqtisadi çətinliyin fonunda Bank of Baku-nun maliyyə potensialının qarşılaşa biləcəyi itkiləri minumum səviyyədə saxlamaq iqtidarında olduğunu təsbit edib.

Agentliyin dərc etdiyi son nəşrdə neftin dəyərinin beynəlxalq bazarda kəskin ucuzlaşması nəticəsində neft ixrac edən ölkələrin iqtisadiyyatında yaranmış böhran vəziyyəti ilə onların yerli valyutalarının dollar qarşısında dəyərsizləşməsi xüsusilə vurğulanıb.

Bununla yanaşı, hesabatda neftin qiymətinin aşağı düşməsi ilə paralel olaraq ölkəmizdə yaşanmış ikinci devalvasiyanın ardınca yerli valyutamızın sərbəst üzən məzənnə rejiminə keçməsinin, həmçinin banklarda mövcud yüksək dollarlaşma səviyyəsinin onların gəlirliliyinə mənfi təsirsiz ötməyəcəyi öz əksini tapıb. Məhz bunları əsas götürərək, beynəlxalq agentlik bir sıra bankların reytinqini aşağı salıb.

Manatın devalvasiyası nəticəsində xarici valyutada kredit götürmüş müştərilərin geri-ödəniş qabiliyyətinin aşağı düşməsi ilə problemli kreditlərin artacağını və Bankın aktivlərinin keyfiyyətinin və gəlirliliyinin ölkənin cari vəziyyətində aşağı düşəcəyinin qaçılmaz olduğunu əsas götürərək, agentlik Bank of Baku-nun reytinqini B1 səviyyəsindən B3 səviyyəsinə dəyişmişdir.

Bunlara baxmayaraq, Bankın 01 yanvar 2016-ci il tarixinə olan maliyyə göstəricilərinə əsasən məcmu kapitalının adekvatlıq əmsalı 13.75% təşkil edir ki, bu da Mərkəzi Bankın təyin etdiyi minimum 10% tələbindən yüksəkdir. Qeyd olunan tarixə, bankın kredit portfeli üzrə yaratdığı ehtiyatın həcmi qeyri-işlək kreditlərin həcminin 98%-nə bərabərdir. Həmçinin, Bankın xarici valyutada verilmiş kreditlərin payı ümumi kredit portfelində 34%-dən aşağıdır ki, bu da bank sektorunun ən aşağı göstəricilərindən biri olaraq qiymətləndirilir. Devalvasiyadan öncə Bankın dollarla olan kredit portfeli ümumi portfelinin 26%-dən aşağı hissəsini təşkil edib.

Bütün bu göstəricilərə əsasən, həmçinin Bankın likvid aktivlərinin ümumi aktivlərə nisbətinin 17%-dən çox olmasını nəzərə alaraq Agentlik son nəşrində Bankın adekvat ehtiyatlarının və sağlam kapitalının yaxın 12-18 ay ərzində müşahidə olunacaq itkilərin qarşısının alınmasında kifayət edəcəyini qeyd edib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə