Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yunuslar Ali Məhkəməyə müraciət ediblər
Yunuslar Ali Məhkəməyə müraciət ediblər
02 Fevral 2016 / 16:28 / Baxış sayı: 320
Font1 Font2 Font3 Font4

Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barəsində cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Bu barədə virtualaz.org saytına vəkil Elçin Sadıqov məlumat verib.

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq – külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma – külli miqdarda törədildikdə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Arif Yunus barəsində 7 il müddətində azadlıqdan məhrumetmə cəzası 5 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub. Həmçinin Leyla Yunusun barəsindəki həbs-qətimkan tədbirinin CM-in 70-ci maddəsi tətbiq olunmaqla dəyişdirilməsi barədə qərar qəbul edilib. Ona verilən cəza müddəti 5 il şərti təyin olunaraq məhkəmə zalından azadllığa buraxılıb.

Xatırladaq ki, L.Yunusla birgə mühakimə olunan həyat yoldaşı Arif Yunus haqqında noyabrın 12-də həbs-qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalından azad olunub, hazırda ev dustağıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə