Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Coca-Cola Azərbaycan”ın baş direktoru vəfat etdi – YENİLƏNİB
“Coca-Cola Azərbaycan”ın baş direktoru vəfat etdi – YENİLƏNİB
03 Fevral 2016 / 11:12 / Baxış sayı: 286
Font1 Font2 Font3 Font4

Cem Becel basketbol oynayarkən qəfil vəfat edib

Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becelin vəfatı ilə bağlı bəzi məqamlar aydınlaşıb.Lent.az-ın əldə etdiyi məlumata görə, dünən axşam saatlarında Cem Becel dostları ilə birlikdə Nəsimi rayonu, Neftçilər prospekti 155 ünvanında yerləşən “Port Baku Residence”nin idman zalına basketbol oynamağa gəlib. Saat 22:10 radələrində basketbol oynayarkən C.Becelin halı qəfil pisləşib və tibbi müdaxiləyədək keçinib.

Məlumata görə, C.Becel 1969-cu ildə İstanbulda anadan olub və subay imiş. Ölüm faktı ilə əlaqədar Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

***
23:25

“Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becel vəfat edib. Lent.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, o, bu gün Bakıdakı ticarət mərkəzlərinin birinin idman zalında məşq edərkən vəziyyəti pisləşib. Cem Becelin infarktdan öldüyü deyilir.

Qeyd edək ki, Cem Becel “Azerbaijan Coca-Cola Bottlers Ltd”də 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi.

Allah rəhmət eləsin!

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə