Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha üç bank ləğv olunaraq bir ad altına birləşir
Daha üç bank ləğv olunaraq bir ad altına birləşir
03 Fevral 2016 / 11:14 / Baxış sayı: 274
Font1 Font2 Font3 Font4

Azərbaycanda daha 3 kommersiya bankının konsolidasiyası ilə bağlı ilkin razılıq əldə edilib.

Məlumata görə, ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 1-də lisenziyası bərpa edilən “NBC Bank” ASC artıq bu ilin aprel ayında “Parabank” ASC və “Dekabank” ASC ilə birləşməyi planlaşdırır və hər üç tərəf bununla bağlı razılığını bildirib.

Mənbə bankların hansı ad altında birləşəcəyinin hələlik bəlli olmadığını və bu mövzu ətrafında danışıqlar getdiyini açıqlayıb.

“Parabank”dan adıçəkilən məsələ ilə bağlı məlumatsız olduqlarını, “Dekabank”dan isə bu məlumatın səhv olduğunu bildiriblər. “NBC Bank”dan isə bildirilib ki, onlar bir neçə bankla konsolidasiyaya dair niyyət protokolu imzalayıblar, lakin bunun hansı banklarla baş verəcəyi ilə bağlı məlumat verilməyib. (“Report”)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə