Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hacı İbrahimdən Cahangir Hacıyevin ünvanınaSENSASİON İTTİHAM
Hacı İbrahimdən Cahangir Hacıyevin ünvanınaSENSASİON İTTİHAM
03 Fevral 2016 / 11:47 / Baxış sayı: 452
Font1 Font2 Font3 Font4

“Bankdan dedilər, Cahangir Hacıyevin vaxtında rəhbərlik göstəriş verib, biz də etmişik” 

Ötən il Beynəlxalq Bankla bağlı kredit qalmaqalına görə həbs edilərək bir neçə gün “Bandotdel”də saxlanılan iş adamı Hacı İbrahim Nehrəmli “Yeni Müsavat” qəzetinə müsahibəsində bəzi şok detallar açıqlayıb.

İ.Nehrəmli deyib ki, Beynəlxalq Bankdan 6 obyekt üzrə cəmi 280 milyon kredit götürüb, bunun da 10 faizi dollarladır. Ancaq bu bankda onun adına qeyri-qanuni şəkildə 91 milyon manat yazılıb.

İş adamı bildirib ki, bütün bu kreditləri isə Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev götürüb: “Bu kreditdən heç xəbərim də yoxdur. Həmçinin 45 milyon da şirkətim adına dollar götürüblər. Fevral devalvasiyasından 3 gün öncə, yəni 18 fevralda adıma dediyim məbləğdə kredit götürüblər. Bununla bağlı banka zəng edərək, məsələni araşdırdım. Söylədilər ki, Cahangir Hacıyevin vaxtında rəhbərlik göstəriş verib, biz də etmişik.  Dedim ki, rəhbərlik özünün əmisinin, xalasının adına götürərdi də… Cavab verdilər ki, onların da adına götürüb. İndi yer olmadığı üçün sizin adınıza götürdülər. Bu müqavilədə nə imzam var, nə də hər hansı bir kontraktım”.

İ.Nehrəmlinin sözlərinə görə, məsələ ilə bağlı Beynəlxalq Bankın yeni rəhbərliyini də məlumatlandırıb: “Ancaq cavab ala bilməmişəm. “ASAN Xidmət”ə müraciət edib borcumun miqdarını öyrəndim. Bankdan isə dedilər ki, “adınıza qeyri-qanuni formada borc götürülüb, lakin bu barədə sizə yazılı məlumat verə bilmərik”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə