Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ANS -in MTRŞ-ya qarşı daha bir şikayətinə baxılıb
ANS -in MTRŞ-ya qarşı daha bir şikayətinə baxılıb
03 Fevral 2016 / 11:51 / Baxış sayı: 286
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Apelyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb. Prosesə hakim Camal Ramazanov sədrlik edib. Prosesdə qərar elan olunub. Qərara əsasən, iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və Şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 13 oktyabr 2015-ci il tarixli 10/5 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddianı təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, daha əvvəl Bakı Apelyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı doqquz apelyasiya şikayəti üzrə məhkəmə iclasları keçirilib. Həmin məhkəmə iclaslarında da Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilib, apelyasiya şikayəti qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə