Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı şəhər Baytarlıq İdarəsində PUL QALMAQALI- Nazirdən gizlədilib…
Bakı şəhər Baytarlıq İdarəsində PUL QALMAQALI- Nazirdən gizlədilib…
09 Fevral 2016 / 15:06 / Baxış sayı: 1600
Font1 Font2 Font3 Font4

Aslan Aslanov həkimlərdən pul tələb edib və nəticədə dava düşüb

Yanvarın 26-da Kənd Təsərrüfatı naziri Heydər Əsədovun keçirdiyi müşavirə zamanı işdən çıxarılan Bakı şəhər baytarlıq idarəsinin rəisi Aslan Aslanov bu ayın 1-də yenidən işə qayıdıb. İdarədəki işçilərin hamsına maraqlı gəlib ki, nazirin əmri ilə vəzifədən çıxarılan Aslanov necə olub ki, işə qayıdıb. Lakin sonradan bəlli olub ki, Aslan Aslanovun idarəyə gəlişində “ciddi səbəblər” var.

arxiv.bizimxeber.az-a baytar həkimlərdən daxil olan məlumata görə, nazirin qərarını qulaq ardına vuran A.Aslanov idarəyə həkimlərdə qalan aylıq pulları yığmaq imiş. Amma…

Redaksiyaya telefon açan həkimlər (adları bizə bəllidir) bildirib ki, fevral ayının 1-də səhər saatlarında idarəyə gələn Aslan Aslanov bütün baytar həkimlərini toplayaraq pulların verilməsini tələb edib. Bu isə baytar həkimlərin ciddi narazılığına səbəb olub.

Həkimlər Aslanova nazirin qərarı ilə işdən çıxarıldığını xatırladıblar və onun heç bir səlahiyyətlərinin olmadığını deyiblər. Aslanov həmçinin bildirib ki, belə bir göstərişi hazırda məzuniyyətdə olan nazir müavini Seyfəddin Talıbov verib. Aslanovun tələblərinə baxmayaraq həkimlər pul verməkdən imtina ediblər. Hətta həkimlərlə Aslanov arasında ciddi qalmaqal da yaranıb, əlbəyaxa dava da düşüb.

Bakı şəhər Baytarlıq İdarəsində baş verənlərlə bağlı nazir Heydər Əsədov məlumatlandırılıb və fevralın 3-də Aslan Aslanov nazirliyə çağırılaraq ona bir daha işdən azad olunduğunu xatırladıblar. Həkimlərdən pul tələb etməsi faktının cinayət tərkibli olduğunu xatırladıblar. Amma buna baxmayaraq, yenə də həmin günün ikinci yarsında yenidən Bakı şəhər Baytarlıq idarəsinə gələrək öz istəyinə nail olub. Bir neçə həkimdən aylıqları yığa bilib.

Baş verənləri dəqiqləşdirmək və həkimlərdən niyə pul yığıldığını öyrənmək üçün Aslan Aslanovun özü ilə əlaqə saxladıq. İdarədə olduğunu bütün cəhdlərlə gizlətməyə çalışan Aslanov baş verənlərin yalan olduğunu isbatlamağa çalışdı. Nazirliyə çağırıldığını təsdiqləsə də, səbələrini gizlətdi. 

Bu gün isə arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, Aslan Aslanov Bakı şəhər baytarlıq idarəsinin rəisi vəzifəsindən çıxarılandan sonra xahiş minnətlə çox aşağı bir vəzifəyə Qubadlı rayonuna bauyat həkim təyin olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə