Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nardarana gedib. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, Bakının Nardaran qəsəbəsində əmək yarmarkası təşkil edilib. “Qəsəbənin işsiz və işaxtaran sakinlərinə Bakı şəhəri üzrə 17-si dövlət, 65-i qeyri-dövlət sektoruna aid, 5-i isə xarici şirkət olan ümumilikdə 87 müəssisə tərəfindən 215 boş iş yeri təklif olunub.