Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziya Məmmədovun kadrları sərəncam gözləyir
Ziya Məmmədovun kadrları sərəncam gözləyir
03 Fevral 2016 / 12:21 / Baxış sayı: 500
Font1 Font2 Font3 Font4

Goranboyun icra başçısı Nizaməddin Quliyev iş otağını boşaltmağa başlayıb

Nəqliyyat naziri Ziya Məmmədovun bütün səlahiyyətlərinin əlindən alınması və mövqeyinin zəiflədilməsindən sonra onun yerlərdəki kadrlarının da durumu pisləşməyə başlayıb. JAM.AZ xəbər verir ki, nazirin icra başçısı təyin etdirdiyi kadrların hamısı artıq sərəncam gözləməyə başlayıblar.

İddialara görə, bu həftə içində Ziya Məmmədova bağlı bir neçə icra başçısı vəzifəsini itirməli olacaq. Hətta onlarla bağlı sərəncamlar belə hazırdır. JAM.AZ-a daxil olan bilgilərdə vurğulanır ki, Goranboyun icra başçısı Nizaməddin Quliyev isə artıq iş otağını boşaltmağa başlayıb. Qeyd edilir ki, dünəndən etibarən otağındakı əşyalarını cəmləşdirən icra başçısının belə bir addım atmasının səbəbi onun da sərəncam gözləməsi ilə əlaqədardır.

Quliyevin işdən çıxarılması səbəbi kimi isə təkcə nəqliyyat naziri Ziya Məmmədovun kadrı olması göstərilmir. Deyilənlərə görə, bir müddət əvvəl Hesablama Palatası və Maliyyə Nazirliyinin rayonda apardığı yoxlamalardan sonra hazırlanmış hesabatlarda Goranboyda ciddi maliyyə nöqsanları və yeyinti hallarının olduğu qeyd edilib. Həmin hesabatlar isə hakimiyyətin üst eşalonlarının qarşısına qoyulub və onlar da vəziyyətlə tanış olduqdan sonra işdən çıxarılması ilə bağlı qərarlarını qətiləşdiriblər.

Qarşı tərəfi də dinləməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə