Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

BDU-nun Jurnalistika fakültəsinin dekanı insult keçirdi
BDU-nun Jurnalistika fakültəsinin dekanı insult keçirdi
03 Fevral 2016 / 12:46 / Baxış sayı: 184
Font1 Font2 Font3 Font4

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev insult keçirib. Modern.az-a bu barədə Şamil Vəliyevin yaxınları məlumat veriblər. 

Ötən gecə dekanın səhhəti pisləşib və təcili olaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Məlum olub ki, o, insult keçirib. Xəstəxanadan isə bildirilib ki, Şamil Vəliyevin vəziyyəti stabildir. “Bundan başqa heç bir məlumat verə bilməyəcəyik”.

Qeyd edək ki, professor, filologiya elmləri doktoru, əməkdar jurnalist Şamil Vəliyev 2012-ci ildən Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin dekanıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə