Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Test imtahanının taleyi sual altındadır
Test imtahanının taleyi sual altındadır
03 Fevral 2016 / 12:59 / Baxış sayı: 192
Font1 Font2 Font3 Font4

Azərbaycanda test üsulunu tətbiq edən ilk şəxs danışdı. “Azərbaycanda test üsulu ləğv oluna bilməz”. Bunu ANS PRESS-ə Filologiya elmləri namizədi, test üsulunu Azərbaycanda ilk dəfə tətbiq edən,Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq rəhbəri Vurğun Əyyub test imtahanının ləğv edilməsi ilə fikirləri şərh edərkən bildirdi.

“Azərbaycanda test üsulunun ləğvi mümkün deyil. Sadəcə, ali məktəblərdə olan test imtahanının yerinə orta məktəblərdə olan buraxılış imtahanlarının nəticələri əsas götürülə bilər. Həmin buraxılış imtahanları da elə test üsulu ilə həyata keçirilir. Amma bu çox uzun bir prosesdir, – deyə Vurğun Əyyub əlavə etdi.


Vurğun Əyyub – Test üsulunu Azərbaycanda tətbiq edən ilk şəxs

Azərbaycanda ilk dəfə test sulu ilə imtahan 1992-ci il noyabrın 15-də tətbiq olunub. Test üsulunun həm müsbət və mənfi cəhətləri var.

Test üsulunun müsbət cəhətləri imtahanın demokratik, şəffaf, ədalətli şəkildə həyata keçirilməsi, abituriyentlərin bir neçə ixtisas içərisindən seçim edə bilməsidir. Lakin bununla yanaşı test üsulunun çatışmayan cəhəti isə şagird və tələblərin nitq və yazı qabiliyyətinin məhdudlaşdırılması və əzbərçiliyə yol vermələridir.

Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Kamran Əsədov isə hesab edir ki, hazırda test üsulu ilə olan imtahanlarının strukturu dəyişdirilməlidir:

“Son beş ildə test üsulu ilə imtahanın nəticələri özünü tam göstərə bilmir. Məsələn, 500 balla ali məktəbə daxil olanın sonrakı qiymətlərinə baxdıqda, görürük ki, heç də topladığı bala uyğun gəlmir. Çünki bizdə test imtahanları faktlara əsaslanır, dünya praktikasında isə biliyə. Ya gərək, tamamilə test imtahanını yığışdırsınlar, ya da açıq tipli suallar etsinlər, amma onun da forması bu günki kimi olmamalıdır”, – deyə ekspert vurğuladı.

Kamran Əsədov onu da əlavə etdi ki, hazırda ali məktəblərdə test üsulunu ləğv etmək heç nəyi dəyişmir. Çünki bundan sonra ali məktəblər üçün əsas götürüləcək orta məktəb imtahanları da elə test üsulu ilə həyata keçirilir. Həm də əgər indi 3 imtahan varsa, ali məktəblərdəki test imtahanını ləğv etdikdən sonra bu say 4 və ya 5 olacaq. Bu da eyni mexanizmə gətirib çıxarır.


Kamran Əsədov – təhsil üzrə ekspert

Onu da qeyd edək ki, test üsulu ilə imtahan bir çox ölkələrdə mövcuddur. 1969-cu ildə ilk dəfə ABŞ bu üsulu orta məktəbdə, 1970-ci iləd isə Türkiyə ilk dəfə eksperiment kimi ali məktəbdə tətbiq edib. Hazırda isə bir çox ölkələrin istər orta, istərsə də ali məktəblərində istifadə olunur.


Türkiyə

Azərbaycanda test üsulunun ləğv olunması fikrini ötən gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədri Məleykə Abbaszadə “Xəzər Xəbər”-ə müsahibəsində deyib. Onun sözlərinə görə, ali məktəblərə qəbul imtahanlarının test üsulu aparılmaması təklif edilir. Əvəzində qəbul üçün orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsas götürülə bilər. Sədr bildirib ki, buraxılış imtahanının nəticələrinə əsasən universitetə qəbul aparılması elmi müstəvidə müzakirə olunur.

Məleykə Abbaszadə onu da qeyd edib ki, əgər hüquqi bir qərar verilsə şagirdlər ana dili, riyaziyyat və xarici dillə yanaşı başqa fənlərdən də buraxılış imtahanı verməli olacaqlar. Fənlərin artırılması ilə bağlı Təhsil nazirliyinə təkliflər edilsə də bu dərs ilində dəyişiklik gözlənilmir.


Məleykə Əsədovanın müsahibəsi

Qəbul imtahanlarında test üsulunun ləğvi zaman-zaman gündəmə gətirilib. Təhsil ekspertlərinin bəziləri test üsulunun özünü doğrultmadığını, şagirdləri əzbərçiliyə alışdırdığı qənaətindədir. Amma onun tamamilə ləğv edilməsi ali məktəblərə hazırlaşanlar üçün əlverişli olmaz. Çünki bu sistem qəbul zamanı şəffaflığın təmin olunmasında əsas göstəricilərdən biri hesab olunur. Ona görə də hazırda bu sistemin daha effektiv olması üçün yeni təkliflər hazırlanmalıdır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə