Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rövnəq Abdullayev: “SOCAR-ı gözdən salmaq istəyənlər az deyil”
Rövnəq Abdullayev: “SOCAR-ı gözdən salmaq istəyənlər az deyil”
03 Fevral 2016 / 16:08 / Baxış sayı: 284
Font1 Font2 Font3 Font4

Fevralın 2-də SOCAR prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüş keçirib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumta görə, belə görüşlərin ənənəvi hal aldığını söyləyən R. Abdullayev onları və ölkəmizin bütün gənclərini Gənclər Günü münasibəti ilə təbrik edib. Azərbaycan prezidentiİlham Əliyevin uğurla həyata keçirdiyi müstəqil siyasi kursun təkcə Azərbaycanın deyil, region ölkələrinin makroiqtisadi inkişafında əhəmiyyətli rol oynadığını qeyd edən şirkət rəhbəri gənclər siyasətinin bu kursun başlıca prioritetlərindən olduğunu bildirib.

Ölkəmizdə gənc nəslin yüksək keyfiyyətli təhsil alması, ixtisaslarına uyğun işləməsi və karyera yüksəlişi üçün bütün lazımi imkanların yaradıldığını söyləyən R. Abdullayev qeyd edib ki, gənclərə diqqət və qayğı, onların həyat səviyyələrinin yaxşılaşdırılmasına yönələn addımlar SOCAR-ın da başlıca fəaliyyət istiqamətlərindəndir. Gənc kadrların hazırlanması, yüksək reytinqə malik dünya universitetlərində təhsil alması, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərdə neftçi ixtisasları üzrə oxuyan tələbələrin stimullaşdırılması, onların SOCAR-da yerləşdirilməsi, karyera yüksəlişi məsələləri daim diqqət mərkəzindədir. Bugünkü görüşün də gəncləri düşündürən məsələlər ətrafında qeyri-rəsmi fikir mübadiləsi aparmaq məqsədi daşıdığını bildirən SOCAR prezidenti 4 saata yaxın davam edən görüşdə gənc mütəxəssislərin bütün suallarına ətraflı cavablar verib. Gənclərə şirkətin fəaliyyəti, inkişaf perspektivləri, dünya neft sənayesində baş verən proseslər, gənc mütəxəssislərin iş və məişət həyatında üzləşdikləri məsələlərlə bağlı aydın və birmənalı mövqe bildirən R. Abdullayev onlara şirkətin müxtəlif fəaliyyət sahələrində gözlənilən yeniliklər haqqında da ətraflı məlumat verib. Açıq dialoq formatında keçirilən görüşdə gəncləri maraqlandıran sosial layihələrlə əlaqədar məsələlərin geniş spektrinə aydınlıq gətirilib. Görüşdə SOCAR-ın “Facebook” səhifəsində şirkət prezidentinə verilmiş suallar da cavablandırılıb.
Tədbirin sonunda neft sənayesində fəaliyyətə başladığı dövrü xatırlayan R. Abdullayev deyib: “26 il bundan əvvəl ali təhsilimi qırmızı diplomla bitirib Bakıya qayıtdım, amma məni təyinatla göndərildiyim müəssisədə, indiki Dərin Özüllər Zavodunda işə götürmədilər, get-gələ saldılar və sonra da dedilər ki, işçiyə ehtiyacımız yoxdur. Çox götür-qoydan sonra bir dostumun məsləhəti ilə əfsanəvi neftçi Qurban Abbasovun qəbuluna getdim. O, qırmızı diplomuma baxıb dərhal məni Neft Daşlarına işə göndərdi. Sevincimin həddi-hüdudu yox idi. Onun mənə göstərdiyi diqqət və qayğını bu gün də unutmuram, heç vaxt unutmayacağam. Bunları ona görə deyirəm ki, o zaman mən nə vaxtsa Neft Şirkətinə rəhbərlik edəcəyimi ağlıma da gətirməmişdim. Bu 26 ildə hər şey olub – çətinlik də, maneələr də. Elə bugünkü Neft Şirkəti də 26 il bundan əvvəlin şirkəti deyil. İndi biz prezidentimizin rəhbərliyi altında beynəlxalq şirkətə çevrilmişik, dünyada məşhur layihələr həyata keçiririk, bizi tanıyırlar. Sevinənlər də olur, sevinməyənlər də var. Bu inkişaf mənim gözlərimin qabağında baş verib. İndi mən sizlərə baxanda həm bu inkişafa necə nail olmağımız gözlərimin önündən keçir, həm də şirkətimizin daha parlaq sabahını görürəm. Mən sizə qətiyyətlə deyirəm ki, bu şirkətin gələcək rəhbərləri sizsiniz. Mən buna inanıram, mən sizə inanıram! Odur ki, fəal olun, çətinliklərdən qorxmayın, bu şirkətə sahib çıxın, ona arxa olun, haqsızlıq görürsünüzsə, barışmayın. Bu şirkəti irəli aparmaq üçün nə lazımdırsa edin, estafet sizin əlinizdədir. İndi bu şirkəti gözdən salmaq istəyənlər də az deyil. Ona qara yaxanlar da var. Onlar əslində bu dövlətin, bu xalqın inkişafına sevinməyənlərdir. Belələrinə qarşı da barışmaz olun. Onların cavablarını verin, onları yerlərində oturdun. Mən əminəm ki, bu şirkət hələ sizin gücünüz, biliyiniz və bacarığınızla çox zirvələr fəth edəcək. Sizə bu yolda uğurlar arzulayıram“.

Görüşün sonunda gənclər SOCAR prezidenti ilə selfi çəkdirib.

qaynarimage50042 qaynarimage322415 qaynarimage598439



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə