Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SimSim abunəçiləri üçün 40%-lik endirim
SimSim abunəçiləri üçün 40%-lik endirim
03 Fevral 2016 / 17:25 / Baxış sayı: 486
Font1 Font2 Font3 Font4

Azercell yeni sərfəli Kombo tarif paketini istifadəyə verdi

4,5 milyonluq abunəçi ailəsi ilə ölkənin lider mobil operatoru Azercell Telekom 2016-cı il üçün hazırladığı yenilikləri təqdim etməkdə davam edir. Şirkət növbəti dəfə Fakturasız Xətt (SimSim) Abunəçilərini yeni tarif paketi ilə sevindirir.

Belə ki, 2 fevral tarixindən etibarən Azercell Fakturasız Xətt abunəçilləri üçün yeni KOMBO tarif paketi istifadəyə verildi. İki Paketden (Kombo 8 və Kombo 16) ibarət olan Kombo tarifi abunəçilərə rahatlıq və qənaət etmək imkanı verir.

Rahatliq — Kombo paketlərində dəqiqə, İnternet və SMS eyni paketdədir. Abunəçilər bu paketlərə ayda bir dəfə qoşulmaqla, danışıq dəqiqələrini, SMS və Mobil Internet paketini birdəfəyə almış olacaqlar.

Qənaət – Kombo paketlərinə qoşulmaqla abunəçilər mobil xərclərinə ən azı 40% qənaət etmiş olurlar. Kombo paketlərində danışıq dəqiqələri, internet və SMS həcmlərinə görə ümumi paket qiyməti, bu həcmlərə ayrı-ayrılıqda verilən bütöv məbləğdən ən az 40% endirimlə təklif olunur.

Daha bir üstünlük isə şəbəkədaxili sms-in limitsiz olmasıdır. Yəni, bu tarif paketinə qoşulan abunəçilər ay boyunca sevdiklərinə istədikləri qədər pulsuz şəbəkədaxili sms göndərmək imkanı qazanırlar.

Kombo 8 Kombo 16 Paketdaxili həcmbitdikdən sonra hər 1deq/1mb üçün istifadə, AZN

Paketin aylıq qiyməti 8 AZN 16 AZN –

Şəbəkədaxili zəng 200 dəq 400 dəq 0.05

İnternet 500 MB 1500 MB 0.10

Şəbəkədaxili SMS LİMİTSİZ LİMİTSİZ –

Şəbəkəxarici zəng – – 0.05

Qeyd edək ki, paketlər hər ay avtomatik yenilənir və bununla da abunəçiyə həm ay ərzində mobil istifadə üçün lazım olan hər şeyi birdəfəyə almaq rahatlığı yaradır. Bu paketlər abunəçilərə, həm də onlara ay ərzində telefon xərclərini idarə etmək imkanı verir. Bu tarifin daha bir üstünlüyü ondan ibarətdir ki, ay ərzində paketdaxili həcmlər 30 gündən tez bitərsə, abunəçilər endirimli əlavə internet və əlavə şəbəkədaxili dəqiqə paketlərindən istifadə etmək imkanı əldə edir. Kombo tarif paketinə qoşulmaq üçün abunəçilər Kombo 8 və ya Kombo 16 açar sözünü yazıb 7575-ə göndərə bilər.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə