Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gürcüstanda 5 trilyon kubmetr qaz tapıldı
Gürcüstanda 5 trilyon kubmetr qaz tapıldı
03 Fevral 2016 / 17:33 / Baxış sayı: 310
Font1 Font2 Font3 Font4

Gürcüstanın Cənubi Kaxetiya regionunda 5.3 trilyon kubmetr qaz ehtiyatı aşkar edilib.

Virtualaz.org xəbər verir ki, bu barədə həmin yataqda kəşfiyyat aparan Amerika şirkəti “Frontera Resources”in rəhbəri Stiv Nikandros bildirib. Aşkar olunan ehtiyatlar Rusiyanın “Qazprom” şirkətinin malik olduğu qaz ehtiyatlarının 15 faizini təşkil edir.

Stiv Nikandros bildirib ki, bu qaz həcmi bazada 10 il ərzində satılacaq və qaz təchizatında oyun qaydalarını dəyişəcək. Şirkət yaxın beş il ərzində qaz ixracına hazırlaşır. Ehtimal olunur ki, Gürcüstan qazını Türkiyə və Şərqi Avropa ölkələri alacaq. 2015-ci ildə “Frontera Resources” şirkəti həmin yataqda ehtiyatların həcmini 3.8 trilyon kubmetr qiymətləndirmişdi. Şirkət 2014-cü ildən Gürcüstanda işləyir.

Hazırda Gürcüstan qazın 90 faizini Azərbaycandan, qalan 10 faizini Ermənistana tranzit haqqı kimi Rusiyadan alır. Əgər 5.3 trilyonluq ehtiyat barədə deyilənlər doğrudursa o zaman Gürcüstan özünü qazla tam təmin edə biləcək. Üstəlik qaz ixracatçısına çevriləcək.

Hələlik isə Gürcüstan Rusiyadan daha çox qaz almaq və beləliklə də kommersiya qaz bazarında Azərbaycanın payını azaltmaq üçün “Qazprom”la danışıqlar aparır.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili parlament qarşısında illik hesabatla çıxış edərkən hökuməti “Qazpom”la danışıqları şəffaf aparmağa çağırıb.

“Bunu başa düşmək olduqca mühümdür ki, bizim qonşu ölkə-Rusiya ilə münasibətlərimiz həmişə yumşaq gücdən istifadə fonunda keçir.

Və həmin qüvvənin hücumlarını neytrallaşdırmaq üçün biz qərb tərəfdaşlarımızla koordinasiyalı əməkdaşlıq etməliyik. Xüsusən də bu, “Qazprom”a aiddir, çünki burada söhbət təkcə energetikadan getmir. “Qazprom”la danışıqlar şəffaf olmalıdır”-Marqvelaşvili deyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə