Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

TQDK-nın keçmiş mətbuat katibinə 150 min dollarlıq dələduzluq ittihamı
TQDK-nın keçmiş mətbuat katibinə 150 min dollarlıq dələduzluq ittihamı
03 Fevral 2016 / 17:49 / Baxış sayı: 388
Font1 Font2 Font3 Font4

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadənin işdən çıxarılmasının səbəbi onun 150 min dollarlıq dələduzluqda ittiham edilməsi barədə səslənən iddialarla bağlı olmayıb. Bu barədə Trend-ə TQDK-dan məlumat verilib.

Komissiyadan deyilib ki, E.Nağızadə ailə vəziyyətinə görə öz ərizəsi ilə işdən azad edilib. TQDK-dan bildiriblər ki, ötən il dekabrın ortalarında müqaviləsinə xitam verilən E.Nağızadənin işlədiyi dövr ərzində dələduzluq etməsi ilə bağlı hər hansı quruma şikayət də daxil olmayıb: “Elnur Nağızadə barəsində səslənən iddiaları hüquq-mühafizə orqanları araşdırmalıdır”.

***
16:14

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib.

Bu barədə “Report”a Nizami Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov prokurorluğa müraciət edərək 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər.

Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Nağızadə beş ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, bu ilin yanvar ayında vəzifəsindən azad edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə