Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Çingiz Abdullayevdən Zahid Oruca super cavab – 18 vəzifə tuturam…
Çingiz Abdullayevdən Zahid Oruca super cavab – 18 vəzifə tuturam…
03 Fevral 2016 / 18:11 / Baxış sayı: 456
Font1 Font2 Font3 Font4

Çingiz Abdullayevin rəhbərlik etdiyi Pen-Klubun mətbuat xidməti millət vəkili Zahid Orucun fikirlərinə münasibət bildirib.

Qeyd edək ki, Zahid Oruc bir neçə gün əvvəl Milli Məclisin iclasında C.Abdullayevin tutduğu vəzifələrdən getməsini təklif edib.

Pen-Klubun Mətbuat xidmətindən 525.az-a bildirilib ki, Çingiz Abdullayev 4 deyil, 18 vəzifədə işləyir ki, bunlardan 4-ü beynəlxalq xarakterlidir: “Lakin vəzifələrinin 18-i də ictimai vəzifədir, heç biri dövlət qulluğu deyil. O, məmur deyil, vəzifələri seçkilidir və vəzifə maaşı ödənilmir.

Çingiz Abdullayevin vəzifədən azad olunması üçün yeni seçkilər keçirilməli və onu özü qədər nüfuzlu insan əvəz etməlidir. Onun tutduğu vəzifələri boşaltması qənaətlə nəticələnməyəcək. Yalnız Yazıçılar Birliyi bu mənada istisnadır. Oradan aldığı maaşını isə əməkdaşlara verir.

Bütün jurnalistlərin nəzərinə çatdırılır ki, rəhbərlik etdiyi təşkilatların heç birində ona xidməti avtomaşın ayrılmayıb. Seçkili ictimai vəzifə ilə dövlət qulluğunun fərqini bilməyən millət vəkilinin isə halına acıyırıq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə