Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Oğlunun bahalı maşın kolleksiyası olan Xaqani Kazımov vəzifədən uzaqlaşdırılacaqmı? – Yenilənib – FOTOLAR
Oğlunun bahalı maşın kolleksiyası olan Xaqani Kazımov vəzifədən uzaqlaşdırılacaqmı? – Yenilənib – FOTOLAR
05 Fevral 2016 / 23:59 / Baxış sayı: 5176
Font1 Font2 Font3 Font4

“Azəryolservis” ASC-nin 71 saylı Yol İstismarı İdarəsinin sabiq rəisi, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin məsul şəxslərindən olan  Xaqani Kazımovun oğlu, Bakı şəhər Prokurorluğunda çalışan Vüsal Kazımov bahalı avtomobillərdən ibarət kolleksiyaya sahibdir. Bu barədə istiqlal.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Mənbə həmin kolleksiyanın bir hissəsinin fotolarını da təqdim edib. Bu avtomobillərin dəyəri bir neçə milyon manatlarla ölçülür. Ancaq V.Kazımov və atasının rəsmi maaşı 1000 manadan yuxarı deyil.
Qeyd edək ki, əslən Kəlbəcərdən olan X.Kazımov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun ən yaxın adamlarından biri sayılır.
C.Qurbanov “Azəryolservis”-ə rəhbərlik edəndə X.Kazımov 71 saylı Yol İstismarı İdarəsinə rəis təyin edilir və bu idarə ən çox dövlət sifarişləri alan quruma çevrilir. C.Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyin edildikdən sonra isə onu  özü ilə bərabər dəmiryol sisteminə transfer edir.
arxiv.bizimxeber.az-a daxil olan eksküliziv məlumata görə, mətbuatda sürətlə yayılan bu xəbərdən sonra Cavid Qurbanovla yaxın adamı Xəqani Kazımov bərk narahat olublar. Odur ki, qısa zamanda problemin həlli, yazı və şəkillərin ortadan yığışdırılmasına çalışıblar. Lakin istəklərinə qismən nail olublar.
Belə ki, redaksiyaya daxil olan məlumatda qeyd olunur ki, mətbuatda dərc olunan yazıda adı keçən şəxs və ona məxsus maşınlar artıq araşdırılır. 

Ümumiyyətlə son aylar övladlarının əməllərinə görə,  ölkə başçısının əmri ilə bir neçə məmur vəzifədən uzaqlaşdırılıb. Məhz Xəqani Kazımov da daha çox bundan ehtiyyat edir.

Elə isə maraqlıdır? Adi əmək haqqı ilə doğurdanmı bu qədər bahalı maşınları almaq mümkündür. Mümkün deyilsə, o zaman bu maşınlar hansı pulnan alınıb? 

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə