Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lənkəran və Masallının 20-yə yaxın yaşayış məntəqəsi işıqsız qalıb – YANĞIN
Lənkəran və Masallının 20-yə yaxın yaşayış məntəqəsi işıqsız qalıb – YANĞIN
03 Fevral 2016 / 20:35 / Baxış sayı: 366
Font1 Font2 Font3 Font4

Masallı rayonunda güclü yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə saat 16.30 radələrində rayonun Tüklə kəndi ərazisindəki elektrik yarımstansiyasında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən 3 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Lakin yanğın şiddətləndiyindən Lənkəran və Cəlilabad rayonlarından müvafiq olaraq daha 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğını lokallaşdırmaq mümkün olub.

Yarımstansiyadakı transformator yararsız vəziyyətə düşdüyündən Lənkəran və Masallı rayonlarının ümumilikdə 20-yə yaxın yaşayış məntəqəsi işıqsız qalıb. Hazırda qəza briqadaları elektrik enerjisinin nəqli istiqamətində müvafiq tədbirlər görürlər.

Faktla bağlı araşdırma aparılır.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə