Bakı-Sumqayıt magistral yolunun sol tərəfindəki Xırdalan qəbiristanlığı “Zigilpiri” palçıq vulkanının üzərində yerləşir. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.