Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məşhur uşaq yazarının 9 kitabı Azərbaycan dilinə tərcümə edildi
Məşhur uşaq yazarının 9 kitabı Azərbaycan dilinə tərcümə edildi
04 Fevral 2016 / 13:59 / Baxış sayı: 182
Font1 Font2 Font3 Font4

2016-cı il fevral ayının 3-də İsveç Krallığının Bakıdakı Səfirliyi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, TeliaSonera/Azercell və “Əli və Nino” birgə sosial layihənin təqdimat mərasimini həyata keçirmişdir. Təqdimat mərasimi Masazırda yerləşən məcburi köçkün şəhərciyində baş tutmuşdur.

Azərbaycanın bütün bölgələrini əhatə edən layihə 610 qaçqın və məcburi köçkün məktəblərinin hər birini İsveç yazıçısı Astrid Lindqrenin Azərbaycan dilinə yeni tərcümə edilmiş 9 ədəd kitabı ilə təmin edəcəkdir.

Layihə qaçqın və məcburi köçkün ailələrindən olan azərbaycanlı uşaqlar arasında oxumaq həvəsini stimullaşdıracaqdır.

Kitablar eyni zamanda “Əli və Nino” kitab dükanlarında satışda olacaqdır ki, bu da ümumilikdə Azərbaycan dilində keyfiyyətli uşaq ədəbiyyatı nümunələrini əldə etmək imkanını artıracadır.

Eyni zamanda bu layihə İsveçdə Azərbaycanın qaçqın və məcburi köçkünlərinin vəziyyəti haqqında geniş məlumatının yayılmasına kömək edəcəkdir.

Uşaq ədəbiyyatı üzrə İsveç və Azərbaycanlı mütəxəssislər arasında müzakirələrin aparılması və bu kimi digər qarşılıqlı maraq kəsb edən layihələrin həyata keçirilməsi Azərbaycan və İsveç arasında mədəni əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaqdır.

Layihənin təqdimat mərasimi üçün Astrid Lindqrenin kitablarından qısa səhnəciklərin hazırlanmasında məcburi köçkün məktəbinə köməklik göstərmiş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Astrid Lindqrenin əsərləri əsasında teatr tamaşalarının təşkil edilməsi məsələsi müzakirə olunur.

İsveç səfirliyi eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyaya təqdim edilməsi istiqamətində bir sıra addımlar atacaqdır ki, buna misal olaraq, Azərbaycanın müvafiq qurumlarının Astrid Lindqrenin xatirəsinə həsr olunmuş dünyanın ən nüfuzlu beynəlxalq uşaq ədəbiyyatı mükafatına namizəd təqdim edə bilən təşkilatların siyahısına düşməsinə köməklik edilməsini göstərmək olar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə