Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Torpaq sahibləri məsuliyyətə cəlb edilə bilər
Torpaq sahibləri məsuliyyətə cəlb edilə bilər
04 Fevral 2016 / 14:01 / Baxış sayı: 354
Font1 Font2 Font3 Font4

Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün Torpaq Məcəlləsində, həmçinin İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələri hazırlayıb.Layihələr artıq Nazirlər Kabinetinə təqdim edilib.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, Torpaq Məcəlləsinə əlavə olunan maddədə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (örüş, otlaq və biçənək sahələri istisna olmaqla) istifadə edilməsinə dair tələblər müəyyənləşdirilib. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadəsiz qalması ictimai mənafelərə ziddir.

Belə torpaqların ardıcıl olaraq iki il ərzində istifadəsiz qalmasına yol verilmir. Mülkiyyətçi (sahib), icarəçi və ya istifadəçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində torpaq sahəsinin ardıçıl olaraq iki il və daha artıq müddətə istifadəsiz qalmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.

Qeyd edək ki, prezident İlham Əliyev istifadə edilməyən kənd təsərrüfatı təyinatlı torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün tədbirlərin görülməsi məqsədilə tapşırıqlar verilmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə