Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlılar İstanbulun 4 milyona villa satılan ərazilərinə axın edir
Azərbaycanlılar İstanbulun 4 milyona villa satılan ərazilərinə axın edir
04 Fevral 2016 / 14:08 / Baxış sayı: 542
Font1 Font2 Font3 Font4

3-cü hava limanına yaxın ərazidə villa qiymətləri 4 milyon dollara qalxıb. Türkiyənin ən böyük şəhəri olan İstanbulun 3-cü hava limanı tikilməsi nəzərdə tutulan əraziyə azərbaycanlıların marağı böyüyür.

Hava limanı layihəsi şəhərin mərkəzinə yaxın, ancaq səs-küydən uzaq olan GöktürkKemerburgaz rayonları ərazisində əmlak qiymətlərini 25 faizə kimi bahalaşdırıb.

Dünyanın ən çox məsləhətçisinə sahib olan daşınmaz əmlak şirkəti “Keller Williams”İstanbulun Avropa hissəsinin son illər xüsusilə ailəli və uşaqlı şəxslər tərəfindən böyük maraq gördüyünü açıqlayıb. Bura həm yerli, həm də xarici sərmayəçilərin marağı artıb. Nəticədə daşınmaz əmlak qiymətləri kvadrat metrə görə 4 min dollara kimi qalxıb. “Keller Williams”ın məsləhətçisi Ceylan Aksunun sözlərinə görə, Belqrad meşəsinə yaxın olan bu ərazidə yaşayanlar artıq ərzidən uzaqlaşmadan bütün ehtiyaclarını ödəyə bilirlər.
“Son 5 ildə azərbaycanlı sərmayəçilər Göktürk və Kemerburgaz yaxınlarındakı ərazilərə böyük maraq göstərirlər. Əraziyə kupçaların verilməyə başlaması bu prosesi daha da sürətləndirib. Adıçəkilən ərazilər boş sahə ilə boldur. Azərbaycanlılar bu sahədə ərazi almağa davam edirlər”.
Məsləhətçi qiymətlərin 25 faiz bahalaşmasında inşası davam edən 3-cü hava limanının da böyük rol oynadığını deyib. Belə ki, 10-15 il əvvəl 350 min dollar olan villalar hazırda 4 milyon dollardan ucuz deyil. Bu rəqəmlər İstanbulun ən dəyərli, lüks səmtləri kimi göstərilən Etiler və Leventlə, demək olar ki, eynidir.

Kemerburgaz

Qeyd edək ki, adıçəkilən hava limanının 2017-ci ildə ilk uçuşuna başlaması planlaşdırılır.
Hava limanı Qara dəniz sahilində, Tayakad və Akpınar kəndləri arasındakı 76,5 kvadrat kilometr sahəyə inşa edilir. Aeroportun ildə 200 milyon sərnişinə xidmət edəcək 6 uşuş-eniş zolağı olacaq.
Hava limanı qeyd edilən kəndlərin arasında inşa ediləcək.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə