Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir İsveçrə səfirinə irad bildirdi: “Yolverilməzdir…”
Nazir İsveçrə səfirinə irad bildirdi: “Yolverilməzdir…”
04 Fevral 2016 / 14:35 / Baxış sayı: 222
Font1 Font2 Font3 Font4

İqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderi qəbul edib. 

Virtualaz.org İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, görüşdə nazir Ş.Mustafayev Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edib.

Bildirilib ki, Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti ölkələr arasında əlaqələrin genişlənməsində önəmli rol oynayır. Ş.Mustafayev iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından Komissiyanın bu ilin martında keçiriləcək 7-ci iclasında İsveçrə şirkətlərinin iştirakının, iş adamları arasında biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Hazırda Azərbaycanda İsveçrə kapitallı 65 şirkət fəaliyyət göstərir. Görüşdə ölkə iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların cəlb edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini səfirin diqqətinə çatdıran Şahin Mustafayev bəzi İsveçrə şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsinin yolverilməz olduğunu, İsveçrə hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu vurğulayıb.

Səfir F.Ştalder ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini bildirib. Səfir İsveçrənin ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməkdə, bir sıra İsveçrə şirkətlərinin isə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə